Ana səhifə

Cənab Preziden,Vergi Nazirliyi 11 saylı ərazi vergi idarəsinin öhdəsindən gələ bilmir,bizə kömək edin

    Tarix: 19-06-2017 09:50   
Cənab Preziden,Vergi Nazirliyi 11 saylı ərazi vergi idarəsinin öhdəsindən gələ bilmir,bizə kömək edin

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏSASIN QOYDUĞU KƏND TƏSƏRÜFATI İXRACINA 11 saylı ərazi vergi dairəsinin bəzi vergi məmurlarının (Zaur Adilov, Əliyev Nüsrət Həsioğlu, Vəliyev Nofəl Fazil oğlu ) VURDUĞU ZƏRBƏ







Cənab Prezident! Mən və mənim kimi bir sıra sahibkarlar Kənd Təsərufat məhsullarının

istehsal edən vətəndaşların məhsullarını Rusiya və digər ölkələrin bazarlarına çıxarılmasına

xidmət göstəririk. Göstərdiyimiz xidmət Ulu Öndər Mərhum Heydər Əliyevin Dövlətimizin

başcısı seçiləndən bəri kənd təsərüfatının ixracı və inkişafı üçün gördüyü tədbirlər əsasında

yaradılmışdır.Yəni, ölkə ərazisində kənt təsərüfatını istehsal edən vətəndaşlar bizim kimi

sahibkarların vasitəsiçiliyi ilə öz məhsullarını Rusiya və digər ölkələrin bazarlarına ixrac etməyə

nail olumuşlar.20 ildən artıq bir müddətdə Ulu Öndərin yaratdığı bu cür qayda əsasında

vətəndaşlar öz istehsal etdiyi kənt təsərüfatı məhsullarını rahat şəkildə xarici bazarlara ixrac edə

bilirdilər, və ölkəmiz bunun əvəzində kənt təsərüfat iqtisadiyyatını dahada inkişaf etdirdi. Lakin,

2014 cü ildən başlayaraq 11 saylı vergi ərazi idarəsi kənt təsərüfatı və fındıqçılığın ixracı ilə

məşğul olan sahibkarlara elə bir ağlasığmaz vergilər hesablamağa başladılarki hesablanan

vergilər nəticəsində 15 dən yuxarı sahibkar böyük məbləğdə vergi yükü altında ya sahibkarlıq

fəaliyyətini dayandırmış ya istintaq və məhkəmələrə ordan isə həbsxanalara düşür.

Cənab Prezident vergi məmurlarına verdiyimiz izahatlarda açıq aşgar fəaliyətimizin nədən

ibarət olduğunu göstərsəkdə, biz sahibkarların fəaliyyət göstərdiyimiz yerlərə baxış

keçirməmişlər, köhnə qaydada analoji vergi hesablamışlar.Çünki, fəaliyyət göstərdiyimiz

ərazilərə baxış keçirdsələr anlayacaqlar ki, ixrac olunan məhsulların sahibləri istehsal edən

vətəndaşlardır.Fəaliyyət göstərdiyimiz yerlər dedik də Xaçmaz rayonunun Çərxi,Ləzzət adlanan

ərazilərdə ki yük platformalarıdır.Gətirilən kənd təsərufat məhsulları bu platformalardan yuk

qatarların, yük maşınlarına yüklənərək istehsal edən vətəndaşlar bizim vasitəmiz ilə Rusiya və

digər ölkələrin bazarlarına çıxarılır.Gömrük qaydalarına uyğun olaraq biz sahibkarlar Rusiya

ərazisində bəzi şirkətlərlə müqavilə bağladığımızdan məhsulların istehsal edən şəxslərin isdəyinə

uyğun olaraq istədikləri yerlərə çatdırılmasına xidmət göstəririk.Məhsul sahiblərinin Rusiya

ərazisində müqavilələri olmadığından məhsulları bizlər öz adımızdan sənədləşdirib xidmət

göstəririk. Bizdə fəaliyyətimiz uyğun olaraq qanuni şəkildə vergilərimizi ödəmək isdəyirik.

Gömrük idarəsinin bizdən tələb ettikləri sənədlər tərtib edib məhsulları ixrac edirik.Lakin bir

muddəttən sonra vergi nazirliyindən analoji vergilər hesablanır ki, bu vergilər nəticəsində də,

həm fəaliyyətimiz iflasa uğrayır, həm vergi borcu nəticəsində istintaqlara, məhkəmələrə,

həbsxanalara düşürük.Nəticədə də dövlət büdcəsinə vergi ödənmir.Bir sahibkar olaraq bizdə

vergilərimizi ödəmək istəyirik.Lakin fəaliyyətimiz çərçivəsində Sizdən vergi məmurlarından

ibarət bir qrup düzəldib bizim ilə bərabər bu problemi gömrükdə həll olunmasını və bizim yük

platformalarında məhsulların daşınması zamanı fəaliyyətimizə uyğun vergi tutulmasına

köməklik göstərəsiniz.Dəfələrlə vergi məmurlarına bu barədə kömək üçün müraciyyət etsək də

“biz gömrüyün işinə qarışmırıq” cavabını almışıq.

Cənab Prezident vergi və gömrük məmurları sahibkarlarla bərabər bu nöqsanlar aradan

qaldırılmasa, sonuna qədərdə bizim fəaliyyətə analoji vergilər hesablanacaq, heç bir nəticə əldə

olunmayacaq. 11 saylı ərazi vergi idarəsində bəzi vergi məmurları Ulu Öndər Heydər Əliyevin

Sahibkarlar üçün yaratdığı bu şəraitə və ölkə iqtisadiyatının dirçəlməsinə kölgə salan,

vəzifələrindən sui istifadə etməsi, Azərbaycanın Kənt təsərüfatının ixracına və bu yöndə

sahibkarlığın məhv edilməsinə “çalışmaqdan”başqa bir şey deyil.

Cənab Prezident Ulu Öndərin davamçısı kimi Sizində kənt təsərüfatının ixracı ilə bağlı

dəfələrlə çıxışlarınız, sərəncamlarınız, ixracın təşviqi üçün gördüyünüz tədbirlər bütün

sahibkarlara fəaliyyətlərində ruh yüksəkliyi vermişdi.Ulu öndərin zamanından əsası qoyulan kənt

təsərüfatının bu cür ixracı Sizin zamanınızdada dəsdəkləndiyi ixracın inkişafdan dayanmamasına

böyük bir dəsdəkdir.

Cənab Prezident sizin bu zaman ərzində qeyri neft sektoruna bu cürə önəm verdiyiniz bir

zamanda 11 saylı ərazi vergi idarəsinin bəzi məmurları sahibkarları külli miqdarda borclarla ya

fəaliyyətini dayandırmaqla yaxuda həbsxanalara atmaqla sanki Ulu öndərin və Sizin siyasətinizə

qarşı kölgə salaraq hansı çirkin niyətdə olduqları bəlli olur. Ölkəmizin iqtisadiyatını bu cür

məmurların əlindən qurtarın. Bəzən bizə elə gəlirki kənd təsərufatı ixracı ilə bağlı hesablanan bu

analoji vergilər nəticəsində külli miqdarda pul vəsaiti dövlət bücəsindən mənimsənilir və bizim

kimi sahibkarların həbsə atılmalarıilə onların üzərində qalır, yəni vergi yığımında büdcədəki

əskiklik həbsdə olan , məhkəmədə olan bizim kimi sahibkarların “borcu” kimi göstərilir

Kameral vergi yoxlamasından bizə göndərilən cavabda öz izahatlarıımızı verdiyimiz halda

yenedə bir mənalı şəkildə məsələyə obiyektiv qiymət verilməyib. Yalnış Kameral vergi

yoxlamalarına görə bir sıra kənd təsərufatı ixrac edən sahibkarlara ölkədən çıxmaq qadağasıda

tətbiq edilib, buda Cənab Prezident sizin kənd təsərufatına verdiyiniz qiymətə,göstərdiyiniz

qayğıya birmənalı şəkildə Xəyanətdir.

Cənab Preziden! Sizdən artıq dərəcədə xahiş edirəm bu məsələnin aradan qaldırılması üçün

ciddi tapşırıqlarınızı verəsiniz, çünki nə qədər müraciət ünvanlasaqda Vergi Nazirliyi 11 saylı

ərazi vergi idarəsinin öhdəsindən gələ bilmir, kənd təsərufatı ixrac edən sahibkarların məsələsinə

məsuliyyətsiz yanaşaraq araşdırma aparmır.

Cənab Prezident Mən və Hüseynov Nəsimi Tofiq oğlu bir sahibkar kimi şahidi olduğumuz 11

saylı ərazi vergi idarəsinin bəzi öz başına vergi məmurlarının sahibkarlara qarşı etdiyi

haqsızlıqdan qorxaraq artq sahibkarlıq fəaliyyətimi dayandırmışıq.

Əvvəlcədən sizə təşəkkürümüzü bildiririk.

Zərərə uğrayan Bərdə rayon Sahibkarları

1. Hüseynov Nəsimi Tofiq 050-634- 43-70 (Sahibkarlıq fəaliyyətini dayadırıb)

2. Əsədov Aqil Adil (I qrup Qarabağ Əlili. 2 milyon 55 min vergi borcu ilə Həbsdədir )

3. Ağalarov Emin Cəmil (500 mində yuxarı vergi borcu ilə Həbsdədir)

4. Vəliyev Ramin Hüseyn (157 min vergi borcu ilə Həbsdədir)

5. Abbasov Şəfail Hüseyn ( İşi məhkəmədədir) 051-647- 04-07

6. Əzimov Səxavət Bəxdiyar ( İşi məhkəmədədir)

7. Hidayətov Zöhrab Raqub (Məhkəmədə vergi borcu 844 min) 051-379- 89-69

8. Byaramov Fərrux Teymur (Məhkəmədə 700 min)050-671- 82-81

9. Xəlilov Akif Vahid (Məhkəmədə 457 min) 050-346- 81-51

10. Hidayətov Yaqub Raqub 051-394- 44-47

11. Süleymanov Razi Ravi ( fındıq ixracı ) 147 min 050-604- 89-89 

12. Temirov Seymur Dağısdan (fındıq ixracı 206 min) 055-555- 56-97 və başqaları...

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net