Ana səhifə

YAP-ın ünlü siması hakimiyyәti Rusiyanın ayağı altına sәrdi

    Tarix: 18-06-2017 08:52   
  YAP-ın ünlü siması hakimiyyәti Rusiyanın ayağı altına sәrdi
Arif Rəhimzadə ÜAK-ın ləğvinə görə Azərbaycan tərəfi günahlandırdı; Deputat Rusiyayaya vəkili kimi danışdı

Bu ölkədə çoxdandır ki, xalqın maraqlarına xidmət edən, dövlətin imicinin gücləndirilməsinə yönəlk hər hansı addım müşahidə olunmur. Vəziyyət o həddə çatıb ki, hansısa vəzifəli şəxsin hansısa tədbirdə xalqın müdafiəsinə qalxması, ölkədəki problemlərə işarə etməsi sensasiya kimi görünür. Məsələn, Milli Məclisdə hansısa deputat uzun illərdən sonra bir kəlmə tənqidi çıxış edəndə, kredit faizlərinin çoxluğundan danşanda, məmur özbaşınalığına diqqət çəkəndə həmin deputat günün qəhrəmanına çevrilir, mətbuat onun çıxışını işıqlanıdır. Hətta belə söhbətlər gəzir ki, həmin deputata növbəti dəfə mandat verilməyəcək. Yəni, vəzifəli şəxslərin ölkədəki eybəcərliklər qarşısında susması, yalana əl çalması, şəxsi maraqları dövlət maraqlarından üstün tutması bizi təəccübləndirmir, əksinə bunun əksini müşahidə edəndə şoka düşürük.

Bu mənada Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Arif Rəhimzadənin son müsahibəsi də bizi təəccübləndirmədi. Sadəcə olaraq onun səsləndirdiyi fikirləri şərh etməklə, bir daha real mənzərəni insanların diqqətinə çatdırmaq istəyirik.


Əvvəla, qeyd edək ki, Arif Rəhimzadə müstəqilliyin əleyhinə səs vermiş deputatlardandı. Müstəqillik dövründə də “şedevr” açıqlamalarıyla “böyük qardaş”a sədaqətini dəfələrlə nümayiş etdirib. Bu dəfə isə millətimizin vəkili Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsiylə bağlı sualları cavablandırıb. Arif Rəhimzadəyə Rusiyanın yanlış addımlarıyla bağlı suallar verilsə də, deputat bütün suallara “Rusiya mələkdir” qənaətini formalaşdıracaq cavablar verib.

Deputat ÜAK-ın ləğvini Rusiyanın deyil, Azərbaycanın təqsiri kimi qiymətləndirib. “Rusiyanın anti-Azərbaycan fəaliyyətinə barmaq etməməliyik” nəsihəti verib. Rusiyanın ermənipərəst siyasət yürütməsiylə bağlı sualdan məhəarətlə yayınaraq, bunu danmağa çalışıb. Hətta bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması da məhz Rusiyanın sayəsində mümkün olub.

Bir sözlə, millətə vəkillik etmək missiyası daşıyan bu adamın müsahibəsinə diqqət edəndə, Rusiyanın məsum, Azərbaycan sevdalısı olduğu qənaətinə gəlirik. Sanki, Xocalı soyqırımından, 20 yanvar faciəsindən, Qarabağın işğalından Rusiyanın xəbəri olmayıb. Sanki, Ermənistanla uzun müddətli hərb müqavilə bağlayan, Ermənistana maddi, siyasi və hərbi dəstək verən Rusiya deyil. Sanki, “bizim regionda ən əsas müttəfiqimiz Ermənistandır” bəyantını verən Rusiya Müdafə Nazirinin müavini deyildi. Sanki, “Qarabağ Azərbaycanın daxili işi deyil” deyən Rusiyanın xarici işlər naziri olmayıb. Ümumiyyətlə, Ermənistanın 24 ildir torpaqları əsarətdə saxlamasının, sülh danışıqlarının heç bir nəticə verməməsinin, aprel döyüşlərinin dayandırılmasının əsas səbəbkarı Rusiya deyilmi? Azərbaycan hökumətinin bu qədər təzimi qarşılığında, bu qədər sədaqətinə rəğmən Rusiya nəinki bir qarış torpağın qaytarılmasına, heç ÜAK-ın fəaliyyətinin davam etdirilməsinə də töhfə vermədi. O zaman “böyük qardaş” qarşısında bu qədər kiçilməyin mənası nədir? Azərbaycan hökumətinin bu qədər jesti qarşısında, Rusiya Azərbaycana hansı xidməti göstərib? Rusiya prezidenti qondarma erməni soyqırımı abidəsinə əklil qoymadımı? Azərbaycanın düşməni Zori Balayana ən yüksək mükafatı vermədimi?

Arif Rəhimzadənin müsahibəsində iki məqam aydın şəkildə görünür.

Birincisi, Arif Rəhimzadə növbəti dəfə Azərbaycanın deputatı kimi yox, Rusiyanın səfiri, vəkili kim danışır. Açıq şəkildə ÜAK-ın ləğvinə görə Rusiyanı sığallayıb, Azərbaycanı şapalaqlamaq xətti götürür. Yuxarıda da qeyd etdiyimiz kimi, təəccüblü heç nə yoxdur. Bu adamlar Rusiyanın ən böyük titullarını daşıyırlar, bütün prinsipial məqamlarda Rusiyanın mənafeyindən çıxış etmək öhdəlikləri var. Əlbəttə ki, Rusiyanın “dostluq” ordenini həvəslə daşıyanlar, ölkəmizə qarşı düşmənçilik siyasətini ört-basdır etməyə çalışacaqlar.

İkinci məqam hakimiyyət daxilindəki parçalanmanı, qeyri-monalitliyi göstərir. Həmin dövrdə ÜAK-ın fəaliyyətinin dayandırılmasına Milli Məclisdə də etirazlar oldu. Siyavuş Novruzov Rusiyanın izahat verməli olduğunu bildirdi, Zahid Oruc bu qərarın strateji münasibətlərə uyğun gəlmədiyini diqqətə çatdırdı, Elmira Axundova Rusiyada yüzlərlə erməni təşkilatının fəaliyyət göstərdiyini və Rusiyanın onların fəaliyyətinə göz yumduğunu qeyd etdi, Aydın Mirzəzadə verilən qərarın başadüşülən olmadığını, Azərbaycanlıların Rusiya qanunlarına hörmətlə yanaşdığını xatırlatdı. Elman Nəsirov Qərbin Rusiyaya qarşı sanksiyalarına Azərbaycanın qoşulmadığını, Rusiyanın isə əvəzində belə bir qərarla Azərbaycana təzyiq etdiyini vurğuladı, Fərc Quliyev adekvat münasibət bildirilməyəcəyi halda, Rusiyanın təzyiqləri artıracağını söylədi və s.

Arif Rəhimzadə isə ÜAK-ın qeydiyyatının ləğvini təşkilatın öz günahı sayır və Moskvanın bu qərarını tənqid edən “komanda yoldaşlarını” qınayır: “Ümumrusiya Azərbaycan Konqresinin bağlanması həmin təşkilatın öz təqsiri üzündən olub. Burada Rusiyanın ciddi təqsirini görmürəm. Rusiya dövləti Ümumrusiya Azərbaycan Konqresinə bir neçə dəfə xəbərdarlıq edib ki, lazım olan sənədləri qaydasına salsın. Ancaq Konqres deyilənlərin heç birini etməyib. Belə bir halda Rusiya nə etməli idi? Bu addım Rusiyanın normal dövlətçilik tədbiridir…
Ümumrusiya Azərbaycan Konqresi həmin ölkənin ərazisində yaşayan azərbaycanlıların təşkilatıdır. Biz onlara çox barmaq edə bilmərik. Rusiyada yaşayan azərbaycanlılara nəzarət etmək, onlara hər hansı göstərişlər vemək heç bizim işimiz də deyil. Azərbaycanda da rusların diaspor təşkilatı mövcuddur. Görün, Rusiya həmin təşkilatın fəaliyyətinə qarışır? Bura adam qoyub, adam çıxarırmı? Onların fəaliyyətinə nəzarət edirmi? Təbii ki, xeyr!..”.

Göründüyü kimi, ÜAK-ın ləğviylə bağlı komanda daxilində yekdil fikir olmayıb. “Rusbaşların” missiyası isə bu prosesdə Rusiyanın müdafiəsində durmaq olub və həmişə də eyni ənənə davam edib.

Əslində Arif Rəhimzadə kimi adamların sərgilədiyi mövqe ÜAK-ın ləğvindən daha zərərlidir. Bu təfəkkürdə olan admalar heç vaxt milli maraqlar naminə sinəsini qabağa verməz. Ümumiyyətlə, həm komanda daxilindəki qruplaşmalar, həm də “rusbaşların” hökumət komandasında əsas yerləri zəbt etməsi Azərbaycan üçün müsbət heç nə vəd etmir. Belə bir komadanın bətnindən Azərbaycan maraqlarına uyğun heç nə doğula bilməz.

Samir

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net