Ana səhifə

Hakimiyyətin qara siyahısında olan icra başçıları - rəsmi

    Tarix: 17-02-2017 09:40   
Hakimiyyətin qara siyahısında olan icra başçıları - rəsmi
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2016-cı ildə daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olmuşdur.

Ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur. Naxçıvan, Naftalan, Babək, Culfa, Daşkəsən, Xızı, Xocavənd, Kəngərli, Qax, Qobustan, Ordubad, Samux, Sədərək, Şahbuz, Şərur, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə az olmuşdur.

Bir qayda olaraq, müraciətlərin haradan daha çox olması əhalinin sayı ilə müqayisədə daha aydın nəzərə çarpır. Bu baxımdan Prezident Administrasiyasına 2016-cı ildə hər 1000 nəfərə görə Bakı, Mingəçevir, Naftalan, Şəki, Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Daşkəsən, Füzuli, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Siyəzən, Şabran, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan daxil olmuş müraciətlərin sayı daha çox, Naxçıvan, Gəncə, Sumqayıt, Yevlax, Ağdaş, Ağsu, Babək, Bərdə, Cəbrayıl, Cəlilabad, Culfa, Hacıqabul, Xaçmaz, Xocavənd, İsmayıllı, Kəngərli, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Masallı, Neftçala, Oğuz, Ordubad, Saatlı, Sabirabad, Salyan, Samux, Sədərək, Şahbuz, Şamaxı, Şəmkir, Şərur, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqatala, digər şəhər və rayonlardan daha az olmuşdur.

Şəhər, rayon icra hakimiyyətlərinin Prezident Administrasiyasına təqdim etdikləri illik rəsmi hesabat və arayışlardan görünür ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Mingəçevir, Ağdam, Ağsu, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Qəbələ, Masallı, Neftçala, Samux, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur.


AZƏRTAC

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net