Ana səhifə

Şeyxi Gəncəyə getdi

    Tarix: 17-07-2018 12:03   
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.
Modern.az-ın məlumatına görə, şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir.
Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə və iki polis zabitinə qarşı sui-qəsd hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını İslam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.
Allahşükür Paşazadə həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuuş iki polis zabitinin ailəsinə baş çəkəcək, onlara başsağlığı veriləcək.
Rəsmi məlumatlara görə, iyulun 10-da Gəncə şəhərində törədilmiş hadisələrlə bağlı 20-dən çox adam həbs edilib.
Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 10-dan çox adam tutulub, axtarılanlar var…шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net