Ana səhifə

Mettis və Pompeo Bakıya gəlir – Bölgəmizdə nələr olur?

    Tarix: 13-07-2018 14:36   

 


   
NATO-nun Brüssel sammitinin dünyada olduqca mürəkkəb proseslərin baş verdiyi, geosiyasi qütblər arasındakı ziddiyyətlərin dərinləşdiyi, təhlükəsizlik məsələlərinin həyati əhəmiyyət daşıyan bir faktora çevrildiyi bir dönəmdə baş tutması, şübhəsiz ki, bu zirvə görüşünün önəmini daha da artırır. Azərbaycan prezidentinin sammitə dəvət olunan ali qonaqların sırasında olması, dövlət başçımıza və onunla birlikdə Brüsselə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvlərinə xüsusi münasibətin göstərilməsi mühüm və diqqətə alınası bir məqam kimi qiymətləndirilməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, səfər çərçivəsində Azərbaycan prezidenti ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında görüş də keçirilib:
“Görüş zamanı müzakirə olunan məsələlər və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin aparıcı istiqamətlərini müəyyənləşdirən “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması ikitərəfli əlaqələrin intensiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mattislə görüşləri, Pompeo və Mattisin Azərbaycana səfər edəcəklərini bildirmələri, qənaətimə görə, Bakı-Vaşinqton münasibətlərinin yeni və perspektivli bir mərhələyə qədəm qoyduğundan xəbər verir”.
Analitik vurğulayıb ki, NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunması Prezident İlham Əliyevin və təbii ki, Azərbaycanın böyük uğurudur:
“NATO-nun Brüssel sammiti öncəsi erməni lobbisinin apardığı total kampaniyaya rəğmən Nikol Paşinyanın təşəbbüslərinin iflasa uğraması, Azərbaycan prezidentinin mövqeyinin əsas götürülməsi işğalçı ölkəyə və onu hərtərəfli himayə edən neoimperialist, ambisiyaları ilə imkanları üst-üstə düşməyən, dünyanın siyasi xəritəsində yer aldığı gündən “tazıya qov, dovşana qaç” deyən şər və nifaq mərkəzlərinə ciddi mesaj kimi qəbul olunmalıdır. Hesab edirəm ki, NATO-nun Brüssel sammitinin yekunları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılacaq danışıqlar prosesinə öz təsirini göstərəcək və bəzi qüvvələrin “ərazi bütövlüyü” və “öz müqəddəratını təyin etmə” prinsipləri arasında ənənəvi manipulyativ davranışlarını da məhdudlaşdıracaq”.
Analitik Prezident İlham Əliyevin səfərini istər Azərbaycan-Avropa İttifaqı, istərsə də ölkəmizin NATO və alyansa üzv olan aparıcı dövlətlərlə münasibətləri baxımından dəyərləndirib:
“Qeyd olunan istiqamətlərdə Prezident İlham Əliyevin öz məqsədlərinə çatmaq üçün maksimum nəticə əldə etdiyi görünür. Ermənistan baş nazirinin sammit çərçivəsində atdığı bütün addımlar isə, daha öncə qeyd etdiyim kimi, fiaskoya uğradı. Bu isə həm Avropa Birliyinin, həm də NATO-nun Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu, Ermənistana isə ciddi tərəfdaş kimi yanaşmadığını bir daha ortaya qoydu”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net