Ana səhifə

İCRA BAŞÇISININ KÜRƏKƏNİ DƏ VERGİDƏN QOVULDU – 7 nəfər işdən çıxarılıb

    Tarix: 10-07-2018 18:42   

 



Vergilər naziri Mikayıl Cabbarov daha 7 nəfər vergi əməkdaşını tutduğu vəzifədən azad edib.  Ölkə.Az”ın məlumatına görə, Mikayıl Cabbarovun işdən çıxardığı vergi işçiləri arasında sabiq vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşı və dostu Gülağa Şirəliyev də var.
Bundan əlavə, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin sabiq rəisi Nəsimi Cəfərovun bacanağı, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni Zaur Məmmədov da var.
İşdən çıxarılanların siyahısını təqdim edirik:
Tornayev Ceyhun Qulu oğlu – kiçik vergi xidməti müşaviri,
Muradlı Rəşad Rasim oğlu – birinci dərəcəli müfəttiş,
Seyidov Mirhüseyn Mirsucəddin oğlu – birinci dərəcəli müfəttiş,
Məmmədov Zaur Vasif oğlu – vergi xidməti müşaviri,
Şirəliyev Gülağa Zülfalı oğlu – vergi xidməti müşaviri,
Şərifzadə Ayxan Ramiz oğlu – ikinci dərəcəli müfəttiş,
Surxayzadə Anar Mirxalid oğlu – kiçik vergi xidməti müşaviri.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net