Ana səhifə

Putin və Tramp Qarabağı da müzakirə edəcək: Müharibə riski var

    Tarix: 10-07-2018 16:54   




“ABŞ və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olmalarına baxmayaraq, iki ölkə prezidentləri son bir neçə ildə ilk dəfə görüşəcək. Suriya, Ukrayna, Krım və NATO ətrafındakı vəziyyəti müzakirə edəcək liderlər çətin ki, Qarabağ münaqişəsinin həllinə toxunsunlar".

Cebhe.info xəbər verur ki, bunu amerikalı analitik Pol Stronski erməni mətbuatına açıqlamasında deyib.

Analitikin fikrincə, ABŞ və Rusiyanın Qarabağ məsələsində mövqeləri az-çox məlumdur:

“Burda hər iki ölkənin cəhdləri ortaqdır, Amerika tərəfinin mövqeyi belədir ki, prezident məsələyə şəxsən müdaxilə etmir".

Alman politoloqu Aleksandr Rar isə hesab edir ki, prezidentlər uzunmüddət gözlənilən təmasda Qarabağ münaqişəsini də müzakirə edə bilər. Hərbi əməliyyatların bərpası ehtimalının yüksək olduğunu deyən politoloq "Burda əsas mövqe Rusiya və ABŞ-a məxsusdur. İndiki müharibəsizlik şəraitində də bu superdövlətlərin rolu var. Düşünürəm ki, bu məsələ ən yüksək səviyyədə müzakirə ediləcək, həmçinin indiki təhlükəli vəziyyətin aradan qaldırılması üçün yüksək səviyyəli görüş hazırlanacaq. Çünki müharibə regionda və dünyada  yeni çətinliklər yaradacaq, buna isə Rusiya və Amerika hazır deyil",-deyə vurğulayıb.

Xəzər
Cebhe.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net