Ana səhifə

“ELMARI VURAN RUSİYA XÜSUSİ XİDMƏTİNİN ƏMƏKDAŞIDIR” – Hərbi prokurordan ŞOK açıqlama

    Tarix: 06-07-2018 18:04   


 


Xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dünən gecə saatlarında İsrailə aparılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə onun müalicə reabilitasiya məqsədi ilə İsrailə aparıldığı qeyd edilib.
İcra başçısının qardaşı, Azərbaycan Respublikası Baş Prokrorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokroru Xanlar Vəliyevlə məsələ ilə bağlı Bizim Yol-a açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib.
O eyni zamanda qardaşına edilən sui-qəsdlə bağlı da danışıb:  “Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır. Harada olmasının fərqi yoxdur, əsas odur ki, yaxşıdır. Daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlər məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sösüz ki, bu, ölkə Prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.”
Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir: “O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan, döyəsən… Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhümatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın.
Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdırOnun haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq”.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net