Ana səhifə

Prezident onun vəzifəsini təsdiqlədi - 4 sərəncam

    Tarix: 23-06-2018 14:41   

 



   
14:00
Prezident İlham Əliyev A.A.Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilib.
***
İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar həkim”
Cəlilova Şölə Lətif qızı
Əliyeva Nailə Ənvər qızı
Əsgərov Şəmsi Məmmədəli oğlu
Əsgərzadə Əfqan Ələsgər oğlu
Həsənova Sara İman qızı
Hüseynova Zəhra Məmmədəli qızı
İsayev Cəlal Paşa oğlu
İsgəndərova Tərifə Cəbrayıl qızı
İsmayılova Mahirə Kamil qızı
Qasımov Elviz İsmayıl oğlu
Məcidova Məsməxanım Abbas qızı
Məmmədov Cabir İsrafil oğlu
Məmmədov Ceyhun Yusuf oğlu
Mir-Hüseynov Elçin Oqtay oğlu
Nağıyev Yusif Qədir oğlu
Nəsrullayeva Sevda Nəsrulla qızı
Şərifova Leyla Rauf qızı
Yusifova Sevinc İsaq qızı
Yusifova Şəfəq Süleyman qızı
Zahidov Telman Zahid oğlu
“Əməkdar müəllim”
Əliyeva Rüxsara Həmdulla qızı
Qasımova Sürəyya Məsim qızı
Muradova Cəmilə Aydın qızı
Zeynalova Səidə Qaraş qızı
“Əməkdar tibb işçisi”
Əhmədova Şəmsiyat Həmid qızı
Əsgərova Zahirə Qədir qızı
Quliyeva Samirə Əlibaba qızı
Məmmədov Səmirağa Nəsrəddin oğlu
Məmmədova Tərbiyə Qurban qızı
Rzayev Xanbala Məhərrəm oğlu
Zeynalova Surayyə Abdulla qızı.
***
İlham ƏliyevAzərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abdullayev Akif Kərəm oğlu
Abdullayev Rakif Misir oğlu
Abdullayeva Afaq İsrafil qızı
Babayev Fariz Hənifə oğlu
Əhmədova Leyla Məhəmmədəli qızı
Əliyev Cahangir Məmməd oğlu
Qasımova Sevil Məmməd qızı
Mikayılov Hüseyn Əli oğlu
Rüstəmbəyov Rüstəm Baxış oğlu
Şahmuradova Müşgünaz Gəray qızı
Verdiyev İsrail Məmmədağa oğlu
Zeynalov Rasim Səttar oğlu.
***
İlham Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının igid övladı Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alınır:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Qeyd edək ki, 2018-ci ilin dekabr ayında Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net