Ana səhifə

“Ermənistanın Naxçıvana ərazi iddiası...” – Rusiya politoloqundan SENSASİYALI ETİRAF

    Tarix: 23-06-2018 12:49   




“Ermənistanın Naxçıvana ərazi iddiası...” – Rusiya politoloqundan SENSASİYALI ETİRAF
“Naxçıvanda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi Dağlıq Qarabağdakı vəziyyətdən daha təhlükəlidir”.
Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda tanınmış politoloq və münaqişələr üzrə təhlilçi, Rusiya Humanitar Universitetinin dosenti Sergey Markedonov bildirib.
“Qarabağ münaqişəsi xaricində ərazilər daha təhlükəlidir. Qarabağda heç olmasa Anjey Kasprşikin (ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi –red.) kiçik monitorinq missiyası var. Naxçıvana gəlincə, bu beynəlxalq-tanınmış sərhəddir”, - o deyib.
Politoloq hesab edir ki, Ermənistan Naxçıvanla bağlı hansısa iddia irəli sürmür: “Ölkənin daxilində millətçi söhbətlər var, amma bu, qeyri-ciddidir. Mən rəsmi kurs haqqında danışıram”.
Onun sözlərinə görə, əzələlərlə oyun baş verir və bu, təəccüblü deyil. Markedonov qeyd edib ki, status-kvo vəziyyəti Azərbaycanı qane etmir və onu dəyişdirmək istəyir.
Qeyd edək ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.
Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
Ömər Dağlı
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net