Ana səhifə

Nikola pul ayrıldı: Putinə qarşı Qərbin İrəvan planı

    Tarix: 22-06-2018 14:14   


 
   
Qərb Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır.
Bu sözləri Axar.az-a Avropa Birliyinin Ermənistana 160 milyon avro maliyyə yardımı ayırmasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Qərbin demokratiya adı altında Ermənistana yardım siyasəti əslində Cənubi Qafqazda möhkəmlənmək məqsədi daşıyır:
“Bu gün Ermənistanda hakimiyyət başında Qərbə meyilli insanlar durur. Qərb Ermənistana belə bir yardımı oradakı qərbyönümlü insanları ayaqda saxlamaq və bu siyasətə uyğun surətdə ciddi islahatlar aparmaq üçün həyata keçirir. Əlbəttə, erməni lobbilərinin bu məsələyə təsirini nəzərdən qaçırmaq olmaz. Çünki Amerika Erməni Milli Konqresi erməni lobbisinin ən güclü və qabaqcıl dəstəsidir. Onlar hazırda Ermənistana maliyyə vəsaitinin ayrılmasında əhəmiyyətli rol oynayırlar”.
Politoloq qeyd edib ki, Qərbin demokratiya adı altında Ermənistana maliyyə yardımının arxasında Rusiya faktoru dayanır:
“Qərb Cənubi Qafqazda özünün strateji maraqlarını gerçəkləşdirməyə çalışır. Açıq formada edilməsə də, Ermənistana ayrılan yardımın mahiyyətindən də görünür ki, Qərb İrəvanı Rusiyanın təsiri altından çıxarmağa çalışır. Bu, bir növ Ermənistanın Rusiyaya qarşı qoyulması və ya Ermənistanın Rusiyadan qoparılması siyasətdir. Postsovet məkanında Rusiyanın bölgədəki siyasətini və maraqlarını müdafiə edən, Rusiyanın təsirinə ən çox məruz qalan və onun strateji maraqlarına uyğun surətdə hərəkət edən ölkə məhz Ermənistandır. İrəvanın yeritdiyi siyasətdən belə görünür ki, Paşinyan da üzünü Qərbə tərəf çevirib və buna görə də ona pullar ayrılır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net