Ana səhifə

Rusiyanın bir nömrəli qanqsteri qolu bağlı gətirildi: 60 sifarişli qətl, mer, baş nazir müavini, biznesmenlər...

    Tarix: 20-06-2018 21:36   


Rusiyanın bir nömrəli qanqsteri hesab edilən “Cako” ləqəbli Aslan Qaqiyev Avstriyadan bu ölkəyə ekstradisiya edilib. Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, 2014-cü ildə Vyanada saxlanılan Qaqiyev Avstriyada sığınacaq almaq istəsə də, buna nail ola bilməyib.

Məlumata görə, o, 2004-cü ildə mütəşəkkil cinayətkar dəstə yaradaraq, sifarişli sui-qəsdlər həyata keçirib. İstintaqın qənaətinə görə, o, ən azı 60 nəfərin ölümündə günahkardır. Onun qurbanları arasında Vladiqafqazın meri Vitali Qarayev, Şimali Osetiya respublikasının baş nazir müavini Kazbek Paqiyev, deputatlar, bankirlər, iş adamları var.

Qaqiyevin bandasına 50 nəfərədək adam daxil olub. İndiyədək onlardan 17 nəfəri ömürlük həbs cəzası alıb, daha 14-nün məhkəməsi gedir, 8 nəfəri barəsində federal axtarış verilib, yerdə qalanları öldürülüb.

Qaqiyevin məhkəməsinin olduqca hay-küylü keçəcəyi gözlənilir.

Musavat.com

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net