Ana səhifə

Paşinyanın “Yeraz” kompleksində əməliyyatı

    Tarix: 20-06-2018 17:27   

 


   
Ermənistan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yollarda videokamera və radarların quraşdırılmasıyla məşğul olan “Ellips” şirkətinin binasına gəliblər.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” agentliyi yayıb. Agentlik İrəvanın “Yeraz” yaşayış kompleksinin yaxınlığında yerləşən binanın maskalı şəxslər tərəfindən mühasirədə saxlanıldığı bildirilib.
Qeyd edək ki, “Ellips” şirkəti Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyana məxsusdur.
Kompleksin yerləşdiyi ərazi əvvəllər Yerevan Avtomobil Zavoduna məxsus olub. Bu zavodda “Yeraz 762 B” maşınları (furqonlar) buraxılıb. Sonradan zavod özəlləşdirilib və YERAZ QSC yaranıb.
Zavod müflisləşəndən sonra yeri satılıb və orda tikilən kompleksə “Yeraz” adı verilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net