Ana səhifə

Prezident başçı müavinini işdən çıxardı - Sərəncam

    Tarix: 20-06-2018 17:11   


 

   
Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov işdən çıxarılıb.
Report xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Digər sərəncamla Rzayev Elçin Adil oğlu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.
Digər sərəncamla İcra Hakimiyyətinin adı çəkilən şöbəsinə də yeni müdir təyin edilib. Mərədov Rüfət Saday oğlu Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin işdən çıxarılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal (RİH) başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net