Ana səhifə

Fransa məhkəməsi Avropanı qorxuya salan azərbaycanlı “qanuni oğru”larla bağlı QƏRAR verdi

    Tarix: 18-06-2018 14:34   
 

Fransa məhkəməsi Qafqaz cinayətkar qruplaşmasının 34 üzvü barəsində hökm çıxarıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, cinayətkar sözləşmələrdə iştirak və çirkli pulların yuyulmasında ittiham olunan “qanuni oğrular” 18 aydan 10 ilə qədər həbs cəzası alıb.
Qruplaşmanın tərkibinə yaşı 25-dən 61-ə qədər olan 30 kişi və 4 qadın daxil idi. Müqəssirlərin əksəriyyəti gürcülərdir, amma onların arasında azərbaycanlılar, ermənilər və ruslar da var.
Qruplaşmanın rəhbərliyində yer alan Georgi Yelerciya və Zaza Elikaşvili 10 il azadlıqdan məhrum edilib. Daha biri isə 7 il həbs cəzası alıb.
Həbs cəzası alanlardan 12 nəfərin Fransaya girişi daimi qadağan edilib.
Müqəssirlər Fransanın bir neçə şəhərində, o cümlədən Strasburq, La-Roşel, Puate-də və Nyortda fəaliyyət göstərirdi. Müstəntiqlərin fikrincə, qruplaşma həmçinin Almaniya, İsveçrə, Belçika və Niderlandda cinayətlər törədib.
Ömər Dağlıшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net