Ana səhifə

İstanbulda “SOCAR Türkiyə”nin yeni ofisinin açılışı bu gün baş tutacaq

    Tarix: 11-06-2018 09:48   


  •  
Finans.az xəbər verir ki, bu gün Türkiyənin ən böyük xarici investorlarından olan “SOCAR Türkiyə” sürətlə böyüyən şirkətlərini vahid mərkəzdə toplamaq məqsədilə İstanbulun yeni yaşayış və iş mərkəzi “Vadistanbul”da sahəsi 17 min 800 kvadratmetr sahəyə malik olan yeni ofisini istifadəyə verəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin də iştirak edəcəyi açılış mərasiminə hər iki ölkədən dövlət və hökümət nümayəndələri, rəsmi şəxslər qatılacaq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və “SOCAR Türkiyə”nin yeni binasının açılışı münasibəti ilə təşkil olunan rəsmi mərasim İstanbulun Sarıyer ərazisində yerləşən Heydər Əliyev adına parkda başlayacaq.
Ümumilli lider Heydər Əliyevin və Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kəmal Atatürkün abidəsi ziyarət olunacaq, daha sonra isə “SOCAR Turkey”nin 12 mərtəbəli yeni ofis binasının təntənəli açılış mərasimi baş tutacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net