Ana səhifə

Tbilisidəki yeni mitinq dalğası haqqında 5 sual

    Tarix: 11-06-2018 09:42   

Tbilisidə "Məni öldürmə" aksiyası İyun 2018-ci il Foto: Levan Mikadze JAMnews

“Rusdilli media şəbəkəsi”
“Kavkazskiy Uzel” və JAMnews-un materialları əsasında

Həftəsonu Tbilisidə etirazların bərpası gözlənilir. "Məni öldürmə!" Hərəkatının yeni etiraz aksiyası 10 iyun tarixinə planlaşdırılır. Gürcü hökumətinin səylərinə baxmayaraq, artıq ay ərzində ikinci dəfədir ki, insanlar küçəyə çıxırlar.

Kim və niyə etiraz edir?

10 iyun aksiyasının təşkilatçıları, "Məni öldürməyin!" Hərəkatı, ultimatumla çıxış ediblər: Səlahiyyətlilərdən altı ay əvvəl Tbilisidə baş verən səs-küylü cinayətin araşdırılması ilə bağlı "konkret addımlar" atmağı tələb edirlər. Keçən il dekabrın 1-də Tbilisidə davada iki lisey şagirdi Levan Dadunaşvili və David Saralidze öldürülüb. 31 mayda keçirilən iclasda məhkəmə iki gəncin həbsinə hökm oxuyub - biri Dadunaşvilinin öldürülməsində, digəri isə Saralidzeyə sui-qəsd etmək cəhdində ittiham edilib. Yəni bıçaqlanma insanların sıx olduğu şəhər mərkəzində və şahidlərin gözü qarşısında meydana gəlməsinə baxmayaraq, sonuncunun qatili müəyyin edilə bilmədi və istintaq altı ay davam etdi. Bu gəncin ailəsi və tərəfdaşları hakimiyyət orqanlarının cinayətkarı gizlətdiyini düşünürlər və prokurorluq orqanının keçmiş əməkdaşı Mirzə Subelianinin oğlunun cinayətdə barmağı olduğundan şübhələnirlər.
Rezonanslı iş, "Məni öldürmə!" Hərəkatının ortaya çıxmasına gətirib çıxardı: aktivistlər və onlara qoşulan siyasətçilər ədalətli araşdırma tələb edirlər.

Mitinq iştirakçıları nəyə nail oldu?


Spontan nümayişlər hökmdən sonra, 31 mayda başladı. Elə ilk gün etirazçılar Gürcüstan Baş prokuroru İrakli Şotadzenin istefasına müvəffəq oldular. Aktivistlər və hüquqi QHT-lərin nümayəndələri Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin də vəzifəsini tərk etməsini istəyirlər - onların fikrincə, o, bu işin ədalətli baxılmasını təmin etmək iqtidarında deyil.
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili etirazçılar ilə danışıqlar aparmağa cəhd göstərdi, lakin onlar onu fitə basdı, plastik şüşələr atdılar və onun da istefasını tələb etdilər. Kvirikaşvili getməkdən imtina edir.

Hökumət əksəriyyətinin müxalifətdən olacağı müvəqqəti məclis araşdırma komissiyasının yaradılmasını təklif edib. Amma "Milli Birlik Hərəkatı" müxalifət partiyasının deputatları, bunun göz boyamaqdan ötrü yaradıldığını hesab edərək komissiyaya qoşulmaqdan imtinaedib.

Bu çıxışlar nə qədər kütləvidir?

Keçən həftəsonu nümayişlər Tbilisi mərkəzində minlərlə insanı topladı, lakin bir çox müşahidəçi siyasətçilərin müdaxiləsinin həqiqi kütləvi etiraza mane olduğunu düşünür.

Tbilisidə dörd siyasi partiya, həmçinin “Milli Birlik Hərəkatı” etirazları dəstəkləyir. Gürcüstanı 2003-cü ildən 2012-ci ilə qədər idarə edən keçmiş prezident Mixeil Saakaşvilinin rəhbərlik etdiyi bu partiya, hakim "Gürcü arzusu" koalisiyasının əsas rəqibidir.
Siyasətçilər küçədə artıqdır?

"Milli Birlik Hərəkatı" gələcək inqilabın lideri olmaq qərarına gəldi və çoxu [birdən-birə] aksiyada olmaq arzusunu itirdi", - gürcü politoloq Ramaz Sakravelidze belə deyib. O hesabedir ki, "cəmiyyətdə hakimiyyətə qarşı narazılıq var, lakin müxalif "Milli Birlik Hərəkat"ına olan narazılıq daha çoxdur". 

Tbilisidə aksiyalar üçün ənənəvi yer olan köhnə parlament binasının qarşısındakı əsas hərəkata paralel olaraq, bir sıra alternativ mitinqlər keçirildi və burada artıq iştirakçılar öz siyasi neytrallıqlarını vurğuladılar.
10 iyundan nə gözləmək olar?

Analitik Zaal Anjaparidzenin fikrincə, ssenari tamamilə hökumətdən asılıdır:

"Əgər cəmiyyətin gözləntiləri üzrə addımlar atılmasa, etirazın böyüməsi mümkündür və bu, hər hansı bir radikal hərəkətə səbəb ola bilər", - Anjaparidze deyib.

Etirazçılar bir neçə dəfə erkən parlament seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıblar, baxmayaraq ki, indi, bu, Gürcüstanda texniki cəhətdən mümkün deyildir: Konstitusiya səlahiyyətlərinin sona çatmasına altı aydan az vaxt qaldıqda prezidentə parlamenti buraxmağı qadağan edir (prezident Marqvelaşvilinin isə üç aydan bir az çox müddəti qalıb).

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net