Ana səhifə

DİN -dən təkzib gəldi

    Tarix: 10-06-2018 11:50   
 

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov:
Bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda Goranboy rayonunun Aşağı
Ağcakənd qəsəbəsində məskunlaşan Xocalı sakini Vüqar Mahmudovun Xocalı RPŞ-
nin əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə iddialar həqiqətə uyğun
deyil.
Məlumat üçün qeyd edək ki, Vüqar Mahmudovun həyat yoldaşı
Ülviyyə Mahmudova 25.05.2018-ci il tarixində DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə
müraciət edərək qonşusu Əsli Ramazanova ilə aralarında şəxsi münasibətlər zəminində
mübahisənin yarandığını, sonuncunun onu təhqir və şantaj etdiyini bildirib.
Müraciətə əsasən Xocalı RPŞ-də dərhal araşdırma aparılıb. Məsələ mülki xarakterli
olduğundan Ü.Mahmudovaya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Araşdırmanın nəticəsindən narazı olan Vüqar Mahmudov Xocalı Rayon Polis Şöbəsinə
gələrək ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verdiyi zaman xidmət üzrə
rəis müavini, polis polkovnik-leytenantı Şahid Muradov bu vətəndaşı intizama dəvət
edərək onunla proflaktiki söhbət aparıb. Ona görə V.Mahmudovun guya rəis müavini və
sahə inspektoru tərəfindən döyülməsi ilə bağlı iddiası da tamamilə əsassızdır və qərəzlidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net