Ana səhifə

Trampdan gündəmi dəyişdirəcək Rusiya TƏKLİFİ

    Tarix: 08-06-2018 20:06   
 

“Rusiyanı yenidən G8-in (“Böyük səkkizlik”) tərkibinə qəbul etmək lazımdır”.
Publika.az “Blomberg” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.
Amerika prezidenti həmçinin bildirib ki, Rusiya hazırda Kanadada keçirilən G7 (“Böyük yeddilik”) sammitində olmalıdır. Tramp danışıqlar stolu arxasında Rusiyanın olmamasından təəccübünü ifadə edib və deyib ki, vəziyyəti dəyişdirməyi məsləhət görəcək.
“G7 Rusiyanı qovdu, o, yenidən qayıtmalıdır. Çünki, Rusiya bizə danışıqlar stolu arxasında lazımdır”, - ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, G7 1998-ci ildə Rusiyanın daxil olması ilə genişlənmişdi. Ancaq 2014-cü ildə Krımın ilhaqından sonra klubun üzvləri G8-nin Soçidəki sammitinə gəlməkdən imtina etdilər. Aparıcı ölkələr bildirdilər ki, Moskva xarici siyasət kursunu dəyişmədiyi müddətdə Rusiya ilə bir iclasda iştirak etmək istəmirlər.
Ötən həftə Almaniyanın baş kansleri Angela Merkel Rusiyanın G8-ə qayıdışını qeyri-real adlandırıb.
Ömərшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net