Ana səhifə

AzTV sədrini doğrayıb torbalara yığmaq? NAMAZOV PLANI AÇIQLADI

    Tarix: 25-05-2018 16:48   







 


Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə cinayət işi üzrə əsas şahid - Müsabil Namazov ifadə verib. O, ifadəsində göstərib ki, Alışanova sui-qəsd olunacağı barədə ilk dəfə Şamaxıda eşidib: “Bu haqda mənə Qoçəli deyib. Gördüm ki, Qoçəli ilə  Şücayət nəsə danışırlar. Qoçəli dedi ki, müəllim bura gəlir. Dedilər ki, 600 min pul veririk, bu məsələni həll edərsiz. Sonra silah verdilər. Həmin vaxtlar Arif müəllim Şamaxıya gəldi. Əvvəl müəllim, sonra bir qadın, sonra isə sürücü maşından düşdü. Qoçəliyə dedim ki, bu qansız işdir. Sui-qəsd ona görə baş tutmadı ki, mən Qoçəliyə yalandan demişdim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd etmək olmaz. Mənə tapşırıq vermişdilər ki, Alışanovla yanaşı, onun yanında olan şəxsləri də güllələyim".

Şahid ifadəsində AzTV sədrinə sui-qəsd planı hazırlanması barədə polisə xəbər vermək üçün paytaxta gəldiyini göstərib. “Polisə gəlib Arif Alışanova qarşı sui-qəsd planı hazırlandığını dedim”.

Hakimin "sizi kimsə öyrətməyib ki, belə ifadə verəsiniz?" sualına şahid "xeyr" cavabı verib.

Ş.Əkbərovun vəkilinin "əvvəldən razılaşmışdınsa, sonradan niyə imtina etmisiniz? Əgər prokurorluğu məlumatlandırmaq niyyətiniz vardısa niyə silahı götürürdünüz" sualına şahid "lazım olsa Şücayətgili aldadıb tərksilah edim" deyə cavab verib.

Sualları cavablandıran şahid bildirib ki, plana görə, sui-qəsd baş tutacağı təqdirdə meyitlər doğranılaraq torbalara yığılmalı imiş.

Ş.Əkbərovun suallarını cavablandıran şahid sui-qəsd planı ilə bağlı polisə məlumat verməyi özünə borc bildiyini deyib. Daha sonra şahid qismində dindirilən dünya çempionu Natıq Bağırov ifadəsində Şamaxıda torpaq sahəsi alıb və kənd təsərrüfatı qurmaq üçün Arif Alışanova 3 milyon 500 min pul verdiyini göstərib. Ş.Əkbərovun vəkili pulun mənbəyini göstərməsini istəyib. Hakim bu sualın çıxarıldığını bildirib.

Daha sonra təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz veriblər. Təqsirləndirilən Aqşin Hüseynov məhkəməyə məktubla müraciət edərək digər təqsirləndirilən şəxslər tərəfindən şantaj edildiyini, istintaqa verdiyi ifadəsinin dəyişdirilməsinin ondan tələb olunduğunu açıqlayıb.

Məhkəmə mayın 29-da davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net