Ana səhifə

“Növbəti addım…” - Rusiya üçün QORXUNC TƏHLÜKƏ

    Tarix: 25-05-2018 16:25   
 

Niderland və Avstraliya 2014-cü ilin 7 iyul tarixində Amsterdam-Kula Lumpur xətti üzrə uçan Malaziya Hava yollarına aid MH17 sərnişin təyyarəsinin Ukrayna üzərində vurulmasında Rusiyanı ittiham edib.
Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.
Niderland hökumətindən bildiriblər ki, Rusiya təyyarə qəzasında günahkardır.
“Növbəti addım, mümkündür ki, BMT-nin Beynəlxalq Məhkəməsi qarşısında iddianın qaldırılması olacaq. Ölkənin günahının müəyyən olunması mürəkkəb hüquq prosesidir. Biz Rusiyanı öz məsuliyyətini tanımağa və istintaqla əməkdaşlıq etməyə başlamağa çağırırıq”, - ölkənin xarici işlər naziri Stef Blok bildirib.
Xatırladaq ki, mayın 24-də Birgə İstintaq Qrupu təyyarəni vuran raketin Rusiya Silahlı Qüvvələrinə aid olduğunu bildirib. Qrup bildirib ki, hərbi texnikanın konvoyu Kursk ərazisində yerləşən 53-cü briqadanın bazasından iyunun sonunda yola düşüb. Onun tərkibində ən azı altı “Buk” zenit-raket kompleksi var idi. İstintaqın versiyasına görə, “Boinq” məhz bu komplekslərdən birindən buraxılan raketlər vurulmuşdi.
Rusiya istintaqın nəticələrini tanımaqdan imtina edib. Rusiya tərəfinin versiyasına görə, ölkəyə məxsus zenith-raket kompleksləri heç vaxt Ukrayna sərhədini keçməyib.
Qeyd edək ki, təyyarə qəzası nəticəsində 298 insan (283 sərnişin və 15 ekipaj üzvü) həyatını itirmişdi.
Ömər Dağlıшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net