Ana səhifə

İyunda böyük HÜCUM BAŞLANACAQ: təmas xəttinə əlavə qüvvələr toplanır

    Tarix: 24-05-2018 16:37   
 

Ukrayna ordusu Donetsk bölgəsində genişmiqyaslı hücuma hazırlaşır. Müharibə iyunda başlanacaq.

Publika.az
 xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Konstantin Kosaçev Ukraynanın hücuma hazırlaşdığını iddia edib.

Onun sözlərinə görə, Ukrayna hökuməti bu ölkədə fəaliyyət göstərən Rusiya informasiya resurslarına təzyiq göstərir.

“Bu, onu göstərir ki, Kiyev Donetsk bölgəsində genişmiqyaslı hərbi hücuma hazırlaşır və əvvəldən informasiya blokadası yaradır”, - deyə o bildirib.

Mayın 21-də Ukrayna ordusu Donetsk bölgəsinə hücum etmişdi. Kiyevin hazırda təmas xəttinə yeni qüvvələr topladığı haqda informasiyalar var. Rusiyada Kiyevin bu addımı “böyük hücuma hazırlıq” kimi dəyərləndirilir.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov hesab edir ki, Ukrayna Rusiyada dünya üzrə futbol çempionatı keçirilən vaxt hücuma keçəcək. Çempionat iyunun 14-də başlanır, deməli müharibəyə təxminən bir ay qalıb.

“14 iyunda Rusiyada futbol üzrə dünya çempionatına start veriləcək. 3-15 iyun tarixində isə NATO Rusiya sərhədlərində genişmiqyaslı təlimlər keçirəcək. Bu, əlbəttə Rusiyaya hücum deyil, lakin Kremlin başının qarışmasından istifadə edərək, hərbi hərəkətləri genişləndirə bilərlər. Bu baxımdan, Donetskdə yeni müharibənin başlayacağı istisna deyil. Rusiyanı çətin vəziyyətdə qoyacaqlar: ya Donetski vermək, ya da futbol üzrə dünya çempionatını”, - deyə o bildirib.

Markov qeyd edir ki, Donetskdəki vəziyyətə görə bütün dünyada mübahisə gedir: “Amerikalılar Kiyevdən Donetsk və Luqanskda müharibəni mümkün qədər tez başlamağı tələb edir. Fransa və Almaniya müharibəyə qarşı çıxır. Baxmayaraq ki, Minsk formatının bütün iştirakçıları müharibəyə qarşıdır, amerikalılar əmr edəcəksə, Poroşenko hücum edəcək. Onun başqa yolu yoxdur. Mənim məlumatlarıma görə, Kiyevdən bir sıra siyasətçilər Moskvaya suallar ünvanlayır: əgər müharibə başlayacaqsa, Rusiya Ukrayna ordusunu dağıtmağa qədər gedəcəkmi? Cavab bəli olacaqsa, onda Poroşenkonu devirəcəklər.

Asifшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net