Ana səhifə

Azərbaycana qanunsuz partlayıcı maddə idxalı TƏCİLİ!

    Tarix: 23-05-2018 22:40   
 

Dağıstanda partlayıcı sənaye maddəsinin Rusiyadan Azərbaycana daşınması zamanı qanun pozuntusu aşkarlanıb.

Virtualaz.org bildirir ki, bu barədə Şimali Qafqaz Gömrük İdarəsi məlumat yayıb.

Bildirilir ki, Dərbənd Dəmir yolu stansiyasında gömrükçülər partlayıcı sənaye maddəsi olan ammonit tozunun vaqonla daşınmasına cəhd edilərkən qanun pozuntusu aşkarlayıblar.

Belə ki, daşıyıcı bəyannamədə malın çəkisinin 8 ton olduğunu göstərib. Amma yoxlama vaxtı aydın olub ki, yükün faktiki çəkisi 8 ton 167,2 kiloqramdır. Yəni partlayıcı maddənin bir hissəsini gömrük rəsmiləşdirməsi olmadan keçirməyə cəhd ediblər.

"Qanunsuz qarışdırılan mal götürülüb və ekspertizaya göndərilib. Faktla bağlı inzibzti qanun pozuntusu üzrə iş qaldırılıb", - deyə Dağıstan gömrüyündən bildiriblər.

Virtualaz.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net