Ana səhifə

FRANSADAN QANDONDURAN AÇIQLAMA! - "HƏR AN MÜHARİBƏ BAŞLAYA BİLƏR"

    Tarix: 23-05-2018 21:00   



FRANSADAN QANDONDURAN AÇIQLAMA! - "HƏR AN MÜHARİBƏ BAŞLAYA BİLƏR"





Hurriyyet.org xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-İv Le Drian son dövrdə dünya ictimaiyyətinin regionda gərginliyin yüksəlişinə şahidlik elədiyini və İran və Suriya ilə bağlı problemlərin bir-birinə qarışmağa başladığını bildirərək, regionda müharibə riskinin artdığı barəsində xəbərdarlıq edib.

Le Drian “France Inter” radiosuna müsahibəsində ABŞ-ın İranla imzalanan nüvə müqaviləsindən sonra yeni sanksiyalar tətbiq eləmək qərarından danışaraq deyib: “Siz ABŞ şirkəti olmayan və İranda fəaliyyət göstərən bir şirkətsiniz. Lakin, sizin ABŞ şirkəti olmamağınıza baxmayaraq, biz sizin İran ilə əməkdaşlıq eləməyinizi istəmirik. Çünki dollar ilə ticarət edirsiniz. Bu, qəbuledilməzdir. Avropa İttifaqı buna qarşı qəti mövqeyini ortaya qoymalıdır”.

“ABŞ ilə İran arasında son dövrdə gərginlik artıb. Yaxın Şərqdə ciddi bir müharibə təhlükəsi varmı” sualının cavabında Le Drian, "Bəli" deyib.

İran və Suriya ilə bağlı problemlərin bir-birinə qarışmağa başladığını və regionda müharibə riskinin artmasından bəhs edən fransız nazir, buna misal olaraq, Suriyada yerləşən İran silahlarının İsrailə tuşlandığını, İsrailin də buna cavab verdiyini söyləyib.

Dünyada getdikcə artan böhranlardan narahat olduğunu bildirən Le Drian bunların Transatlantik, Yaxın Şərq və Avropa İttifaqındakı böhranlar olduğunu söyləyib.

Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq xüsusi nümayəndəsinin Suriyadakı bütün xarici qüvvələri ölkəni tərk eləməyə çağırdığını xatırladan sualın cavabında Le Drian deyib: “Suriyada çox sayda xarici hərbçi var. Koalisiya qüvvələri, ABŞ, Türkiyə, Rusiya və İran hərbçiləri var”. Nazir bu çağırışın ölkədə sülh prosesinin başladılması demək olduğunu, lakin həmin prosesin hələlik başlamadığını deyib.

Le Drian Suriyadakı böhranın başa çatması üçün masada təkcə Fransa prezidenti Emmanuel Makronun təklifinin olduğunu iddia edərək, həmin təklifin Rusiya və beynəlxalq koalisiya tərəfdarlarının bir masa ətrafına toplaşaraq, böhrandan çıxış yollarını axtarılması və bu məqsədlə bir proqram hazırlanmasından ibarət olduğunu söyləyib.

Hurriyyet.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net