Ana səhifə

Müharibə üçün zaman verildi: Sayılı günlər qalıb

    Tarix: 23-05-2018 12:53   




Ukraynanın Donbasda müharibə başladacağı tarix məlum olub. 

Cebhe.info xəbər verir ki, ukraynalı ekspertlər Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatı ərəfəsində genişmiqyaslı əməliyyatlara başlayacaq. 

"14 iyunda çempionat başlayacaq. 3-15 iyunda isə Rusiya sərhədlərində NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək. Pribaltika təlim yeri seçilib. 19 ölkənin iştirak edəcəyi bu təlim təbii ki, Rusiyaya hücum deyil, ancaq məhz həmin ərəfə Donbasda hərbi əməliyatların başlaması zamanı ola bilər",- deyə Siyasi Aaraşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib. 

Onun fikrincə, Ukrayna Donbas və Luqanska məhz həmin ərəfədə müharibə başladacaq. 

Ekspert hesab edir ki, məqsəd Rusiyanı seçim qarşısında qoymaqdır: "Kreml seçim qarşısında qalacaq. Ya Donbası verməli, ya da çempionatı yarımçıq saxlamalıdır. Buna görə də mümkün müharibənin 3-5 iyunda başlaması mümkündür". 

Ekspert hesab edir ki, Almaniya və Fransa müharibəyə qarşıdır, Poroşenko da fəlakətli sonu bilir:"Amerikada isə istəyirlər ki, Poroşenko hərbi əməliyyatarı başlasın. Əlbəttə, bu, birbaşa Trampın tələbi deyil, Ukraynayla məşğul olan şəxsin fikridir".

Xəzər
Cebhe.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net