Ana səhifə

Arxadan saplanan ilk xəncər: İrəvan MDB-nin iclaslarına əngəl olmağa başladı

    Tarix: 22-05-2018 19:06   



Arxadan saplanan ilk xəncər: İrəvan MDB-nin iclaslarına əngəl olmağa başladı





2018-ci il mayın 17-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının növbəti, 44-cü iclası keçirilib.

Hurriyyet.org xəbər verir ki, Şuranın iclasında əsas diqqət terrorçuluq və ümumdünya mütəşəkkil cinayətkarlığı ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilləşdirilməsinə yönəlib.

İştirakçılar Əfqanıstan İslam Respublikasının şimalında yaranmış hərbi-siyasi vəziyyəti, onun Mərkəzi Asiya regionundakı vəziyyətə təsiri məsələlərini müzakirə ediblər, terrorçuluq fəaliyyətinin qarşısının alınmasına yönəlik əlavə tədbirlər planı hazırlayıblar.

Əldə edilən informasiyaya görə, tədbir 16-18 may tarixlərində İrəvanda keçirilməli imiş. Lakin son günlərdə Ermənistanda baş verən hadisələr, Nikol Paşinyanın hakimiyyətə gəlişi, təhlükəsizlik xidmətinin rəhbərliyinə qərbyönlü kadrın təyin edilməsi iclasın keçirilməsinə mane olub, sonra isə ermənilər, ümumiyyətlə ev sahibliyindən imtina ediblər. Nəticədə tədbir 16-18 may tarixlərində Moskvada keçirilib.

Çox maraqlıdır ki, əvvəllər Rusiya KİV-ləri Ermənistan hökumətindəki əksər nazirlərin amerikalıların kadrları olduğunu yazmışdılar. Məsələn, baş nazirin müavini Ararat Mirzoyan – Beynəlxalq seçki sistemləri fondunun koordinatorudur, həmin fond isə Amerikanın “Demokratiyaya dəstək fondu” adlanan qeyri-kommersiya təşkilatı ilə bağlıdır.

Müdafiə naziri David Tonoyan Amerikanın NATO-dakı daimi nümayəndəsi olub.

Xarici İşlər naziri Zöhrab Mnatsakanyan – Mançester universitetinin politologiya fakültəsinin məzunu, İrəvanın BMT-dəki keçmiş daimi nümayəndəsidir.

Kənd təsərrüfatı naziri Artur Xaçatryan Ermənistanın Amerika universitetini bitirib.

Ədliyyə naziri Artak Zeynalyan ABŞ Dövlət Departamentinin dəvəti ilə Amerikada keçirilən prezident seçkilərində müşahidəçi olub.

Mədəniyyət naziri Lilit Makunts da ABŞ-da təhsil alıb.

İqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan Massaçusets texnoloji institutunun iqtisadiyyat professorudur. Rusiya KİV məhz buna görə, yeni erməni rəhbərliyinə etibar etməməli olduqlarını yazırdılar.

Beləliklə, erməni tərəfin tədbirin təşkilatçılığından imtina etməsini Rusiyanın “həqiqi müttəfiqinin səmimiyyəti” kimi qiymətləndirmək olar. Maraqlıdır, Moskva bütün bunlardan nəticə çıxaracaqmı?

Hurriyyet.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net