Ana səhifə

Paşinyandan həyəcan: Əks-inqilab hazırlanır - Canlı

    Tarix: 26-04-2018 14:53   

 


   
İrəvanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə yeni etirazlara start verilib.
Axar.az xəbər verir ki, etirazçılar İrəvandakı yolları bağlamağa başlayıblar. Etirazçıların 19:00-da yenidən Respublika meydanında toplanması nəzərdə tutulub.
Yolların bloklanmasının qarşısını almaq üçün polis aksiyaçılarla danışıqlar aparır.
***
Ermənistan parlamentində baş nazir seçkisinin keçirilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə ediləcək.
Məlumatı Ermənistan parlamentinin sədri Ara Babloyan yayıb.
***
Nikol Paşinyan etirazçıları İrəvanda küçələri bağlamağı müvəqqəti olaraq dayandırmağa çağırıb.
Paşinyan buna səbəb kimi yolların bağlanılması zamanı bir sıra insidentin yaşanmasını göstərib. O, bəzi şəxslərin bundan istifadə edərək, digər vətəndaşlara qarşı kobudluğa yol verə biləcəklərini bildirib.
***
Paşinyanın çağırışına rəğmən etirazçılar İrəvandakı yolların bir hissəsini hələ də bağlı vəziyyətdə saxlayırlar. Küçələrdə etirazçılar ağ rəngdə qızılgüllər paylayırlar.
Paşinyan Ermənistanda bugünkü mitinqin “nizam və qanunilik” devizi altında keçirildiyini bildirib.
***
Daşnaksütyun Partiyasının Ermənistan hökumətində təmsil olunan bütün nazirləri istefaya gedib. Partiya həmçinin Ermənistan vilayətlərində qubernator olan nümayəndələrinin də istefaya getdiyini bildirib.
***
Nikol Paşinyan etirazçıları diqqətli olmağa çağırıb: “Biz ehtiyatlı olmalıyıq, çünki bəzi qüvvələr əks-inqilaba çalışır. Şəhərdə nömrəsiz avtomobillərin hərəkəti təsadüfi deyil. Onlar bununla əhali arasında narazılıq yaratmağa cəhd edirlər”.
Bununla bərabər, etirazçılar Paşinyana səslənərək, onun heç kimlə əməkdaşlıq etməməsini istəyiblər. Onlar bütün siyasi partiyalardan Paşinyanın üz çevirməsi gərəkdiyini söyləyiblər.
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net