Ana səhifə

YAXIN ŞƏRQDƏ BÖYÜK MÜHARİBƏ RİSKİ ARTIR –Moskva niyə İsraili “satdı?”

    Tarix: 25-04-2018 21:27   

 Dennis Ross

Vaşinqton İnstitutunun məsləhətçisi

“The Wall Street Journal”

 

Yaxın Şərqdə müharibə geniş miqyas ala bilər. İsrail İran, “Hizbullah”, həmçinin Suriya və Livanda şiə döyüşçülərinə qarşı çıxa bilər. Hamısı da Rusiya sayəsində. Məhz ruslar aprelin 9-u Suriyanın mərkəzində yerləşən “T-4” İran bazasına İsrailin hücum etdiyini “xəbər ediblər.

İsrail İrandan “Hizbullah”-a keyfiyyətli yeni silah tədarükü ilə əlaqəsi olan hədəflərə zərbə endirməyi təcrübədən keçirsə də, heç vaxt bunu etiraf etməyib. Beləliklə, İsrail məsələni ictimailəşdirmədiyi üçün İran və “Hizbullah” nüfuzunu xilas etmək naminə cavab zərbələri endirmək məcburiyyətində qalmayıb. Lakin indi, İsrailin həyata keçirdiyi hücum nəticəsində İran xüsusi təyinatlı “Qüds” bölməsinin ən azı 8 zabitini itirdikdən, ruslar isə hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirdikdən sonra İran çox həssas vəziyyətə düşüb. Ölkənin kütləvi informasiya vasitələri indi nəinki hücum, həmçinin Əli Əkbər Velayati kimi yüksək vəzifəli məmurların bəyanatları haqqında yazırlar. Qeyd edək ki, Velayati İranın cavab verəcəyini bildirib.

Niyə ruslar İsraili satıb? İki səbəb var. Birincisi, bu bazada ruslar da olub. İsrailin zərbəsi dəqiq olsa da, hücum Rusiya qüvvələrinin yaxınlığında baş verib. Vladimir Putin bunun yolverilməz olduğunu İsrailə mesaj vermək qərarına gəlib. İkincisi, İsrail Əsəd rejimi Dumada kimyəvi silahdan istifadə etdikdən sonra zərbə endirib və Putin İran bazasına Amerikanın zərbə endirmədiyini göstərmək istəyib. “Amerikanın gücü Suriyadakı hadisələrə təsir edir” – onun bu tip xəbərlərə allergiyası var. Bu ölkədə hakim qismində Rusiya çıxış edir.

Ümumi götürəndə, Amerika, Britaniya və Fransa qoşunlarının Suriyada kimyəvi silaha aidiyyatı olan üç obyektə endirdiyi zərbələrin məhdud xarakter daşıması Putinin haqlı olduğunu sübut edib. Bu zərbələr kəşfiyyat, Əsədin idarəetmə sistemini zəiflətməyib, Suriyada qüvvələr balansına və ölkədə Rusiya ilə İranın mövqeyinə təsir etməyib. Koalisiyanın Rusiya və İran qüvvələrinə yaxın hədəflərdən hər vəchlə yan keçən zərbələrin miqyası Rusiya hücumlara cavab verəcəyini elan etdikdən sonra məhdudlaşdırılıb. Əslində, Moskva Tramp (Donald Trump) administrasiyasının qarşısını almaq iqtidarında olduğunu göstərib.

“Qoy, bu işlə başqaları məşğul olsun” deyən ABŞ prezidentinin açıq şəkildə Suriyanı tərk etmək istəyi şübhəsiz Rusiya və İranı cəsarətləndirəcək. Bu, İsrailin tək qaldığını göstərir. Bəlkə də, İran İsrailə qarşı cavab tədbirlərini məhdudlaşdıracaq, ancaq onlar əvvəlki kimi Suriyada iştiraklarını artıracaq və davam edən üsyançı hərəkat ilə mübarizəni davam etdirməli olacaqlar. Bu, ondan xəbər verir ki, İranın cavab zərbəsi (istər birbaşa İsrailə olsun, istərsə də İsrail hüdudları xaricində həssas hədəflərə olsun) o qədər məhdud olacaq ki, İsrail də öz cavabını məhdudlaşdıracaq. Lakin bu, ehtimaldır. Səhv imkanı çoxdur.

Hətta bu toqquşmanı məhdudlaşdırmaq və ya qarşını almaq mümkün olsa belə, İran və İsrail onsuz da qarşıdurma kursu ilə irəliləyir. İran Suriyada özü və “əlaltıları” üçün geniş hərbi infrastruktur yaratmaq və İsrailə qarşı yeni cəbhə açmaqda qərarlıdır. İsrail də eynilə bu şəkildə İrana mane olmağa və ona Suriyada “Hizbullah”-a oxşar təşkilat yaratmasına əngəl olmağa çalışacaq.

Gərginlik riskini başqa bir amil də artırır. İranın İsrailə qarşı Suriya cəbhəsi yaratmaq qətiyyəti onun Avropa ölkəsi üzərində asimmetrik üstünlük əldə etməyə çalışdığını göstərir. Hazırda 120 min idarə edilməyən raketə malik “Hizbullah” vasitəsilə fəaliyyət göstərən İran həm Livandan, həm də Suriyadan İsrailə təhlükə yarada biləcək. İsrailin imkanları isə çox məhduddur və o, İranı birbaşa təhdid edə bilər. Ən azından, İran belə düşünür.

İran yəhudi dövlətinə qarşı müharibə başladacağını və cəzasız qalacağını düşünəcək, ancaq İsrail belə bir vəziyyətlə heç cürə razılaşa bilməz. İsrail İranın təhrik və təşkil etdiyi raket zərbələrinə, gündə 1000-200 raketə tab gətirə bilibsə, onda İranın ona maksimal ağrı yaşadan hədəflərini də dəf edə bilər. İranın neft hasil edən obyektləri və neft emalı ilə məşğul olan müəssisələri İsrail üçün belə hədəflərdən biri ola bilər. Bəs İran buna necə cavab verəcək? “Hizbullah”-ın raketləri İranın İsrailə qarşı əl ata biləcəyi maksimum vasitədir. Əgər İranın neft obyektləri hədəfə çevrilsə, Tehran buna Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücumla cavab verə bilərmi?

Məsələnin mahiyyəti bundan ibarətdir: İsrail-İran müharibəsinin necə başlaya biləcəyini başa düşmək asandır, ancaq heç kim onu başa çatdırmağın yollarını bilmir. Tramp administrasiyası bəlkə də Suriyadan getmək istəyir, amma Birləşmiş Ştatlar uzaqlaşan kimi regional müharibə təhlükəsi güclənir.

Hazırda Amerikanın çəkindirici amili gərəkdir. Putin başa düşməlidir ki, ABŞ İsraillə geniş miqyaslı müharibə təhlükəsi yaradan İranın Suriyadakı ekspansiyasını izləyib, fəaliyyətsiz qalmaycaq. O, İranın və şiə döyüşçülərinin genişlənən iştirakının qarşısını almaq üçün müəyyən addımlar ata bilər. Əks təqdirdə, bunu Amerika edəcək, özü də hərbi hava qüvvələrindən istifadə edərək.

Suriya açıq-aşkar Trampa maraqlı deyil. O, həmçinin Amerikanın cəlb edilə və qlobal iqtisadiyyata ziyan bura biləcək genişmiqyaslı regional müharibədə də maraqlı deyil. İndi arxadan rəhbərlik etmək zamanı deyil. (Xpressa.net)

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net