Ana səhifə

Daha bir Qarabağ qazisi intihara sürüklənir - Ağstafada

    Tarix: 23-04-2018 09:24   



Daha bir Qarabağ qazisi intihara sürüklənir - Ağstafada
Ağstafa rayon sakini, Qarabağ qazisi Cəlal Oruc oğlu Orucov 1993-cü il martından 26.04.1994-cü ilə qədər Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Hal-hazırda heç bir yerdə işləməyən, kirayədə yaşayan Cəlal Orucov Ağstafa RMX-na ünvanladığı sənədlərin saxtalaşdırılmasından, əlilik dərəcəsi ala bilmədiyindən şikayətçidir…

Mediaxeberleri.az
-ın əldə etdiyi məlumata görə, Cəlal Orucov dəfələrlə aidiyyatlı qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb.


Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır yaralanan, ancaq həkimlərin səyi ilə ölümdən xilas olan 44 yaşlı qazimiz Cəlal Orucov əlilik dərəcəsi ala bilmədiyi üçün, intihar etmək qərarına gəlib. Qarabağ qazisi Ağstafa RMX-nın yarıtmaz fəaliyyətindən narazıdır. 11 ildir ki, müxtəlif qurumlardan arayışlar almaqdan cana doymuşam. Əlimdə bütün sənədlərimin olmasına baxmayaraq, mənə əlillik dərəcəsini almağa imkan vermirlər. Bütün sənədlərim mənə əlillik dərəcəsini almağa imkan verdiyi halda (Hərbi hissədən "Tibbi arayış", yaralandığım haqqında epikrizlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və Ortepediya İnstitunun xəstəliyim haqqında verilmiş arayışı) Ağstafa RMX-nın yarıtmaz fəaliyyəti məni zülmə salıb. Çıxış yolunu intiharda görürəm.

Ağstafa RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş Orucov Cəlal Oruc oğlunun döyüş zonasında hərbi xidmət keçərkən21.07.1993-cü ildə aldığı, 21.07.1993-cü ildən 29.07.1993-cü ilə kimi Bakı şəhəri M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - Diaqnoz: "Bel nahiyyəsinin qəlpə yarası, Laporesentezdən və qarın boşluğunun drenajlanmasından sonrakı vəziyyət" və 26.04.1994-cü ildə aldığı, 26.04.1994-cü ildən 20.05.1994-cü ilə kimi Beyləqan raonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - Diaqnoz: " Sol budun orta 1/3-nin yumşaq toxumasının dəlib-keçən güllə yarası" (Ağstafa RHK-nın 06.04.2007-ci il tarixli 318nömrəli göndərişi, 06.04.2007-ci il tarixli 504 nömrəli arayışı, M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasından verilmiş 29.07.1993-cü il tarixli çıxarış epikrizi, Beyləqan raonu mərkəzi xəstəxanasından verilmiş 20.05.1994-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR"

ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş"Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2.maddəsinin a) bəndi.

MN MHHK-nın 314 nömrəli 29.07.2008 -ci il tarixli protokolu

Orucov Cəlal Oruc oğluna qoyulmuş əsl diaqnoz: "Bel nahiyyəsinin qəlpə yarası, Laporesentezdən və qarın boşluğunun drenajlanması, Sol budun orta 1/3-nin yumşaq toxumasının dəlib-keçən güllə yarası,Kəskin yeriş pozğunluğu, Keçirilmiş ağır Kəllə Beyin Travmasının nəticəsində, əmələ gələn kəskin psixotik vəziyyət F.06. yaddaş və davranış pozğunluğu F.07.0. "

Ağstafa RMX-dan Tibbi Sosial Ekspert Komissiyasına göndərilən saxta diaqnoz: " Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Bel nahiyyəsinin kor qəlpə yarasının qalıq əlamətləri.Laporesentez.Sol budun 0/3-nin dəlib-keçən güllə yarasının qalıq əlamətləri, Rental Fistilanın ləğvi əməliyyatından sonrakı vəziyyət - Əmək qabiliyyətinin itirilməsi 0 faiz.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən imtina edilib. 
Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi.
Ətraflı: Diaqnoz və xəstənin hazırkı vəziyyəti barədə qeydlər əlillik təyininə əsas vermir.
Forma 88 nömrəsi: 0221003AAFS6
Qiymətləndirmə tarixi: 06.11. 2017

Göründüyü kimi, müvafiq qurumlar işi o həddə çatdırıblar ki, Qarabağ qazisi bu bürokratik əngəllərin və qanunsuzluqların əlində çıxılmaz vəziyyətə düşüb.

Daha bir Qarabağ qazisi intihara sürüklənir - Ağstafada
Daha bir Qarabağ qazisi intihara sürüklənir - Ağstafada
Daha bir Qarabağ qazisi intihara sürüklənir - Ağstafada
Daha bir Qarabağ qazisi intihara sürüklənir - Ağstafada
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net