Ana səhifə

Məşhur avtoritetin faciəli sonu - Foto

    Tarix: 16-04-2018 16:00   

 


   
Daha bir tanınmış kriminal avtoritet dünyasını dəyişdi. O, oğru dünyası tarixində ilk və yeganə taclandırılmış adigeyli idi (Adigey Şimalı Qafqazda bir respublikadır).
Lent.az-ın məlumatına görə, Mişka Çerkes kimi tanınan 50 yaşlı Məhəmməd Petov Almaniyada dünyasını dəyişdi. Son illər iflic xəstəliyi ilə əlaqədar güclü təsirlərə malik dərmanlar qəbul etmək məcburiyyətində idi.
Mişka Çerkesi 1993-cü ildə erməni məşəli armavirli oğru Nodar Çtamanetyanın təqdimatı ilə taclandırılıb. Bu taclandırmanın isə bir məqsədi var idi - armavirli oğrular adigeylilərlə problem yaşamasınlar. Nodar Çtamanetyanın isə bambaşqa planları var idi, o, bununla özünə maliyyə perspektivləri yaradırdı. Bu məsələdə isə iki ciddi maneə yaranmışdı - məşhur rus oğrularından Vladimir Volkov (Volçok) və Viktor Beqdaş (Şenok) bu namizədliyə etiraz etmişdilər. Onu da qeyd edək ki, Mişka Çerkes qrup halında təcavüz ittihamı ilə cəza çəkib. Bütün bunlara baxmayaraq onu taclandırırlar.
1994-cü ildə Nodar Çtamanetyan avtoqəzada öləndən sonra isə Armavirdə bütün güc Mişka Çerkesə keçir. Get-gedə isə onun nəzarətində olan ərazilərin əhatəsi böyüyür. Bu isə artıq bir çox oğrunun xoşuna gəlmir, əsasən də Ded Xasanın. Buna görə də Mişka Çerkes Dəfələrlə hücumlara məruz qalır. 2003-cü ildə isə onu silahla elə susdururlar ki, birdəfəlik yatağa düşür. Beləliklə, bu aləmdən əlini çəkməyə məcbur olur.

 шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net