Ana səhifə

Dünyanın taleyi müzakirədə: YENƏ BAKI?

    Tarix: 21-03-2018 20:14   
 

Bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti arasında telefon danışığı olub.
Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanının təşəbbüsü ilə baş tutub. K.Skaparotti V.Gerasimova görüş keçirməyi təklif edib. V.Gerasimov görüş keçirilməsi barədə təklifi dəstəkləyib.
Rusiya Müdafiə Nazirliyi V.Gerasimov və K.Skaparotti arasında görüşün konkret nə zaman və harada keçirilməsi barədə razılığa gəlindiyini açıqlamayıb.
Qeyd edək ki, bu ilin yanvarında ABŞ-ın "BuzzFeed" saytı anonim mənbələrə istinadən K. Skaparotti ilə V. Gerasimovun Bakıda görüşəcəyi barədə məlumat yaymışdı.
Onu da xatırladaq ki, keçən il sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V. Gerasimov arasında görüş məhz Bakıda keçirilib.
Cebhe.infoшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net