Ana səhifə

Ermənistan Türkmənistan qazına müştəri çıxır: İrandan “qardaş köməyi”?

    Tarix: 21-03-2018 17:47   




Ermənistan rəsmiləri Türkmənistan qazının Azərbaycan ərazisindən yan keçməklə öz ərazilərindən nəql etmək barədə düşünür.

Cebhe.info-nun erməni mediasına istinadən verdiyi məlumata görə, bu məsələ Ermənistan parlamentində də qaldırılıb. “Çıxış” (Yelk) blokunun deputatları  infrastruktur və təbii sərvətlər naziri Aşot Manukyana Türkmənistan qazının İran ərazisindən keçməklə Ermənistana nəqlinin mükünlüyü barədə sual verib. 

Lakin nazir sözügedən məsələ ilə bağlı  müzakirələrin davam etməsinə baxmayaraq, heç bir irəliləyişin olmadığını deyib.

“Hələlik irəliləyiş olmaması bizə  təklif olunan qiymətlərin  Ermənistanın əldə etdiyi qaz qiymətlərilə rəqabət apara bilməməsilə bağlıdır”-Manukyan belə deyib. 

Məsələyə müdaxilə edən vitse-spiker Eduard Şarmazanovun Rusiyadan idxal edilən təbii qazın satış qiymətinin daha əlverişli olduğuna dair söylədiyi  fikrə nazir “Bəli cənab  nazir, siz düzgün başa düşdünüz”-cavabını verib. 

Müşfiq Abdulla
Cebhe.info

 

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net