Ana səhifə

Dünyanın ən sirli ərazisi 51-ci Bölgə: “Uçan boşqablar” hansı ölkə üçün çalışır?- QORXUNC İDDİALAR

    Tarix: 21-03-2018 12:51   





Adı tez-tez çəkilən 51-ci bölgə. Onun haqqında çox yazılıb. Ancaq sirr hələ də çözülməyib. Adı uçan naməlum obyeklərlə (UNO) bir arada çəkilən 51-ci bölgə ilə bağlı daha bir iddia ortaya atılıb.

Cebhe.info xəbər verir ki, 51-ci bölgə ABŞ-da 1947-ci ildə Rosvelə düşdüyü iddia edən UNO-dan əldə edilən texnologiyadan istifadə edilməklə lazer dəstəkli raket texnologiyasının istehsal etdildiyi ərazidir. Onu Area 51 ya da sadəcə 51-ci Bölgə adlandırırlar. 

Boyd Buşman adlı şəxs bu bölgədə işlədiyini iddia edərək maraqlı açıqlamalar verib. O, ölümündən qısa müddət əvvəl ərazidə çəkdiyi videolarla gündəmə gəlib. Rəsmi dairələr tərəfindən 51-ci Bölgənin varlığı qətiyyətlə inkar edilir. 

Buşman isə bildirir ki, bölgədə elm adamları da daxil olmaqla böyük qrup çalışır və gizlilik qorunur. 

Buşman UNO-ları iki qrupa ayırıb- insanlara dost və düşmən olanlar: “Onlar uzun ayaqlara və pərdəli barmaqlara sahibdirlər. Quintumnia adlı bir planetdən gəlilər”.

Dediklərini foto və videogörüntülərlə təsdiqləməyə çalışan elm adamı “Onların bir çoxunun 250-dən artıq yaşı var və Amerika üçün işləyirlər”,- deyib. O, bir UNO gəmisindən aldığı kosmos daşının 2000 Amper gücündə olduğunu söyləyib. Buşmanın iddiasına görə, UNO-lar dünyanın əhalisi çox olan bölgələrini məhv etməyə çalışacaq. Bunda məqsəd daha az əhali olan bölgələrə nəzarəti artırmaqdır. 

Xəzər
Cebhe.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net