Ana səhifə

Rusiyanın qəzaya uğrayan təyyarələri - texniki nasazlıq, yoxsa təxribat?

    Tarix: 07-03-2018 22:01   


Toğrul İsmayıl: “Artıq Suriyada İŞİD mövzusu arxa plana keçib, böyük dövlətlər arasında kəşfiyyat müharibəsi başlayıb”

Martın 6-da axşam saatlarında Rusiyaya məxsus "An-26" nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Məlumatlara görə, göyərtəsində 39 nəfərin olduğu təyyarə Suriyadakı "Xmeymim" hərbi bazasına eniş zamanı qəzaya uğrayıb. Təyyarədə olanların heç biri sağ qalmayıb.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, təyyarədə olan 33 sərnişin və 6 heyət üzvünün tamamı hərbçilər olub. Təyyarənin "qara qutusu" artıq tapılıb və "Xmeymim" bazasına aparılıb.

Картинки по запросу Xmeymim" bazası

Qəzaya uğrayan Rusiya təyyarəsində bir general-mayor, 26 zabit, çavuş və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər olub. Bu, son illərdə baş verən növbəti hərbi nəqliyyat təyyarəsi qəzası olub. Ancaq Rusiya aviasiyasının son iki gündəki itkiləri təkcə “An-26” olmayıb. Elə həmin gün Suriya ərazisində Rusiya ordusuna məxsus pilotsuz təyyarə vurulub salınıb. Martın 8-də isə Rusiya Sərhəd Xidmətinə məxsus Mi-8 vertolyotu Çeçenistan ərazisində ilkin məlumatlara əsasən qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya uğrayan vertolyotda olan 9 nəfərdən 5-i ölüb.

Картинки по запросу an 26 rusiya qəza

Qeyd edək ki, son illərdə Rusiyada təyyarə qəzalarının sayı artıb. Xüsusən də son 3 ildə, Rusiya Suriyada hərbi əməliyyatlara başladıqdan sonra bu cür qəzalarına sayı sürətlə artmaqdadır. Yeri gəlmişkən, 2016-cı il dekabrın son günlərində Rusiyaya məxsus TU-154 tipli təyyarə qəzaya uğrayıb. Rusiya hərbi-nəqliyyat təyyarəsi Qara dəniz sahilində yerləşən Soçu Hava Limanından havaya qalxdıqdan 2 dəqiqə sonra onunla rabitə kəsilib. Daha sonra təyyarənin dənizə düşdüyü məlum olub. Təyyarə Suriyaya uçurdu, ehtimallara görə göyərtədə olan 64 nəfər “Qırmızı ordu” orkestri Hələbdə yeni il konserti verəcəkdi.

Rusiya Müdafiə Nazirliyi Tu-154-ün pilotların təcrübəli və birinci sinif olduqlarını bəyan edib. Təyyarənin əsas pilotu Roman Volkovun 3 min saatdan artıq uçuş aktivi olan təcrübəli pilot olduğu qeyd edilib.

Картинки по запросу Tu-154

Ancaq həm son hadisə, həm də Soçidə baş verən hadisə Rusiya hökuməti tərəfindən qəza elan edilib. Ancaq təbii ki, bu, o qədər də inandırıcı olmayıb. Çünki ruslar bir qayda olaraq bu cür hadisələr zamanı terror-təxribat versiyalarını inkar edirlər. Məsələn, 2015-ci ilin oktyabrında Şarm əş-Şeyxdən (Misir) Sankt-Peterburqa uçan Rusiya təyyarəsi havaya qalxdıqdan 20 dəqiqə sonra yerə çırpılmışdı. Ruslar əvvəlcə qəza desələr də, bir neçə ay sonra etiraf etdilər ki, təyyarə terrorun qurbanı olub.

Politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a verdiyi açıqlamada bildirdi ki, Rusiya təyyarələrinin son dövrlərdə tez-tez baş verən qəzalarının təsadüf olması inandırıcı deyil.

Картинки по запросу Politoloq Toğrul İsmayıl

Ekspertin fikrincə, daha çox terror şübhəsi var: “Son dönəmlərdə Rusiyada baş verən qəzalarda, istər son olaraq baş verən bu qəza, istərsə də Soçidə baş verən hərbi yük təyyarəsinin hərbçilərlə birlikdə qəzaya uğraması mənə böyük bir sabotajın parçaları kimi gəlir. Əlbəttə, Rusiya kimi ölkə bu hadisələri terror kimi açıqlamaz. Çünki bunu edərlərsə, dövlətin imici zədələnər. Üstəlik seçkilər öncəsidir. Amma dediyim kimi bunu sabotaj olması ehtimalı yüksəkdir”.

T.İsmayıl deyir ki, son aylarda Rusiyanın Suriyada hücumlara məruz qalması son hadisənin provokasiya olması ehtimalını gücləndirməklə yanaşı, eyni zamanda Rusiyanın ağır bir kəşfiyyat müharibəsi içərisində olduğunu göstərir:“Bundan əvvəl Rusiyanın Suriyadakı hərbi bazasına minalanması böyük provokasiyanın bir hissəsi idi. Doğrudur, Rusiyadakı texnologiyanın geri qaldığını deyə bilərik. Amma mən şəxsən bu iddialara çox da qatılmıram. Rusiya böyük ölkədir, təyyarələrdə bu qədər nasazlığa imkan verəcək ölkə deyil. Xüsusən də Suriyaya hərbi əməliyyat bölgəsinə nasaz təyyarə göndərməsi real deyil.

Nəticə olaraq deyə bilərik ki, Suriyada bir savaş var. Və savaş tərəfləri həm ön cəbhədə, həm arxa cəbhədə, həm də kəşfiyyat, diversiya fəaliyyətləri sahəsində davam edir”.

Ekspert deyir ki, baş verənlər Suriyada Rusiyanın ciddi bir kəşfiyyat-təxribat müharibəsi apardığını göstərir. T.İsmayıl deyir ki, Rusiya gücü və imkanları qədər buna cavab addımları atacaq: “Məsələ ondadır ki, artıq Suriyada İŞİD mövzusu arxa plana keçib, böyük dövlətlər arasında kəşfiyyat müharibəsi başlayıb”.

Kənan Rövşənoğlu, 
“Yeni Müsavat”

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net