Ana səhifə

Daha bir nəşr ABŞ-ın dəhşətli planını İFŞA ETDİ - Hər şey YENİDƏN BAŞLAYIR

    Tarix: 07-03-2018 18:29   
 




İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün İraqla sərhədin yaxınlığında böyük gücləri toplayır.
Publika.az xəbər verir ki, bu haqda “Al-Masdar News” nəşri yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, çox güman ki, terrorçular Fərat və Xabur çayları boyu yerləşən əsas rayonları öz nəzarəti altına qaytarmağa çalışacaqlar. Sözügedən bölgədə kifayət qədər böyük şəhərlər, həmçinin bir sıra neft yataqları var.
Əgər informasiya düzgün  dürsə, minlərlə döyüşçünün hədəfi Deyz-ez-Zor və El-Haseke əyalətlərində yerləşən və ABŞ tərəfindən dəstəklənən qruplaşmalar (söhbət “Suriya Demokratik Gücləri”ndən gedir, əsas hissəsini PYD təşkil edir – red.) ola bilər. Nəşr qeyd edir ki, onların mövqeləri hökumət gücləri və İraq gücləri ilə müqayisədə kifayət qədər zəifdir.
Bundan başqa, bildirilir ki, İŞİD yenidən qruplaşmağa vaxt tapıb, çünki ona qarşı duran silahlı qruplaşmaların bir hissəsi mövqelərini tərk edərək Afrinə yollanıb. Məqsəd burada “Zeytun budağı” əməliyyatı həyata keçirən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı döyüşməkdir.
“Al-Masdar News” əlavə edir ki, Fəratın şərq sahilində yerləşən səhra rayonlarında (Fəratın şərq sahilinə ABŞ nəzarət edir –red.) İŞİD-in minlərlə döyüşçüsü qalıb.
“Al-Masdar News”ın xəbəri isə Türkiyənin “Yeni Şəfəq” nəşrinin irəli sürdüyü iddiaları gücləndirir. Daha əvvəl “Yeni Şəfəq” nəşri xəbər verib ki, ABŞ dünyaya ““Zeytun budağı” əməliyyatı diqqətləri İŞİD-lə mübarizədən yayındırır” tezisini yaymağa və İŞİD təhdidi ilə bağlı təşviş yaratmağa çalışır. Bildirilir ki, “Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə planları pozulan ABŞ Türkiyəyə qarşı İŞİD kartından istifadə etməyə çalışır. шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net