Ana səhifə

Rusiya prezidentliyinə namizəd: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolu..."

    Tarix: 07-03-2018 18:19   


Rusiya prezidentliyinə namizəd: “Dağlıq Qarabağ münaqişəsinin həlli yolu…”

Want create site? Find Free WordPress Themes and plugins.

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bu münaqişənin başqa həll variantı yoxdur.

A24.az xəbər verir ki, Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görürsüz” sualına cavab olaraq P. Qrudinin Rusiyanın hazırda Qafqaz regionunda stabilləşdirici rol oynadığını bildirib: “Rusiyanın bu regionda müəyyən yükü var. Mən bu münaqişə ilə tanışam. Fikrimcə, Ermənistan və Azərbaycan arasında münaqişə ancaq danışıqlar yolu ilə həll edilməlidir. Bu məsələni danışıqlar masasına oturub, həll etmək lazımdır.

Mənim həm azərbaycanlılara, həm də ermənilərə münasibətim müsbətdir. Dostlarım arasında həm azərbaycanlılar, həm də ermənilər var. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında da heç bir problem olmur. Məncə, müharibə heç kəsə lazım deyil”.

P. Qrudinin prezident seçkilərində qalib gələcəyi təqdirdə, bu problemin həllinə danışıqlar yolu ilə kömək edəcəyini söyləyib: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı sərfəli həll yolunu tapacaq”.

A24.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net