Ana səhifə

Afrinə çatmağa 15 km qaldı - Terrorçuların cəsədi soyuduculardan çıxır – “Zeytun budağı” 47-ci günündə... -VİDEO

    Tarix: 07-03-2018 11:02   
Afrinə çatmağa 15 km qaldı – Terrorçuların cəsədi soyuduculardan çıxır  – “Zeytun budağı” 47-ci günündə… -VİDEO

Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (7 mart 2018) 47-ci günündədir.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Şeran şəhərinin PKK/YPG-li terrorçulardan təmizlənməsindən sonra Afrinin mərkəzinə doğru 15 km məsafə qalıb.

“Zeytun budağı” əməliyyatının 46-cı günündə məhv edilən terrorçuların sayı isə 2878 nəfərə çatıb. Bundan başqa martın 2-də 8 əsgərin şəhid olduğu əməliyyatda yaralanan Onbaşı Fuat Demirin (24 yaş) həyatını xilas etmək mümkün olmayıb və dünən müalicə olunduğu xəstəxanada şəhid olub.

Əməliyyatın başladığı gündən bu yana ələ keçirilən mövqelərin sayı isə 147-yə çatıb. Belə ki, dünən daha 3 kənd ələ keçirilərək Şeran şəhəri də terrorçulardan təmizlənib.

Qeyd edək ki, Afrin Raco, Bülbül, Şeyh Hadid, Cinderes, Şeran və Mabatlı olmaqla 6 şəhərin çərkəzində yerləşir. Beləliklə, çətin hava və ərazi şəraitində əməliyyatı uğurla davam etdirən Türk və Azad Suriya Ordusu Türkiyənin sərhəddindən başlayaraq 17 km Afrinə doğru irəliləyib. Həmçinin Türk Ordusunun növbəti hədəfi olan Cinderesə 2 min nəfərlik qüvvənin, silah və hərbi sursatın göndərildiyi məlum olub. Terrorçular canlı qalxan kimi istifadə etdikləri şəhər əhalisini ərazini dərk etmələrinə izin vermir.

Əldə edilən məlumatlara görə terror təşkilatı öldürülən terrorçuların gizlədilməsi üçün təlimat verib. Buna səbəb baza gücünü itirməməkdir. Odur ki, Türkiyənin təhlükəsizlik qüvvələri ələ keçirilən mövqelərdə təmizləmə işləri zamanı quyularda, ev heyvanlarının saxlandığı yerlərdə və soyuducuların içində terrorçuların cəsədlərini aşkar edərək onların itkilərini gizlətməsini ortaya çıxarıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.
Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.
Firuzə Alimova / A24.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net