Ana səhifə

“RƏSULZADƏNİN ADINI BƏRPA ETMƏK DÜZGÜN OLMAZDI…” – Abel Məhərrəmova verilməyən “tərs sual”

    Tarix: 07-03-2018 08:58   

 “Universitetə onların hamısının adını vermək olmaz, aralarından birini seçmək isə çətindir”


“Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ərəfəsindəyik. Bakı Dövlət Universiteti AXC-nin oğul övladıdır, ancaq bu ali məktəbin yaranmasında xüsusi olaraq bir şəxsiyyəti fərqləndirmək, bütün uğurları bir nəfərin adı ilə bağlamaq düzgün olmazdı. Universitetə onların hamısının adını vermək olmaz, aralarından birini seçmək isə çətindir”.
“AzPolitika.info”nun məlumatına görə, bunları Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov “AzEDU” saytına müsahibəsində “Bu il Azərbaycan Cümhuriyyətinin də 100 illiyi qeyd olunacaq. Bu münasibətlə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılmasıyla bağlı yayılan fikirlərə münasibətiniz necədir?” sualını cavablandırarkən deyib.
Rektor BDU-ya onun yaradıcısının – Məhəmməd Əmin Rəsilzadənin adının qaytarılmasının əleyhinə olmasını daha sonra belə əsaslandırmağa çalışıb: “İkinci məsələ isə odur ki, qabaqcıl dünya təcrübəsində universitetlərə ad verilməsi məsələsi yoxdur, biz də də buna uyğun qərar qəbul edilib. Bir məsələni də nəzərə almaq lazımdır ki, ad məsələsi hər şey demək deyil. Əgər, övlad dünyaya gəlirsə, ona hər hansı adın verilməsi böyük və ciddi bir önəm kəsb etmir. Vacib olan onun düzgün böyüməsi, faydalı olması, cəmiyyətə ləyaqətli pay verməsidir. Bu insanların əməyini biz qoruyub saxlaya bilmişikmi? Bu gün universitet dünya müstəvisində qəbul olunurmu? Əsas olan bu sualların cavabındadır. Biz ad hesabatını yox, yubiley hesabatı edirik ki, ortaya nələr qoyduğumuzu göstərək”.
Hörmətli rektorun BDU-ya Rəsulzadənin adının verilməsinə qarşı çıxması, əlbəttə, başadüşüləndir. Onun əksini söyləməsi siyasi iradəyə qarşı çıxması anlamını verərdi ki, bunu da A.Məhərrəmovdan gözləmək sədəlövhlük olardı. Hər halda BDU-dan Rəsulzadənin adı bu hakimiyyətin dövründə götürülüb, yeni siyasi qərar olmayınca, rektor da fərqli bir fikir söyləməyəcək.
Ən maraqlısı o olardı ki, müxbir, yuxarıdakı cavabdan dərhal sonra A.Məhərrəmovdan BDU-ya Heydər Əliyevin adının verilməsi təklifinə də münasibət öyrənəydi. “Bütün uğurları bir nəfərin adı ilə bağlamaq düzgün olmazdı”, deyə, Rəsulzadənin adının BDU-ya qaytarılmasına qarşı çıxan A.Məhərrəmov, bu zaman hansı cavabı verərdi? Düşünürük ki, bu sual ətrafında çox da dərin düşüncələrə dalmağa heç bir ehtiyac yoxdur…
Rasim ƏLİYEV
AzPolitika.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net