Ana səhifə

8 əsgərin şəhid olduğu döyüşdə türk ordusundan dünyanı silkələyəcək TARİXİ QƏHRƏMANLIQ: 500 terrorçu...

    Tarix: 06-03-2018 12:18   
 

Türkiyə Silahlı Qüvvələrinin 8 əsgərinin şəhid olduğu Suriyanın Kəltəpə ərazisində mübarizə aparan bölmələrin komandiri dünya savaş tarixinə girəcək bir uğura imza atıb.
Publika.az xəbər verir ki, hərəkat çərçivəsində 27 fevral tarixində yağışlı havanı fürsət bilən PKK terrorçuları türk jandarm birliklərinə pusqu qurub. Yüzlərlə terrorçu türk ordusu tərəfindən təsbit edilməmiş yeraltı tunellərdən əks hücuma keçib.
Çiskinli və yağışlı hava şəraiti bölgədə mübarizə aparan “mehmetçik” üçün silah-sursat göndərilməsini mümkünsüz hala gətirib. Terrorçuların kəskin hücumuna məruz qalan 100 türk əsgəri tarixi bir şücaət göstərərək mərkəzi qərargaha “komandir, bu son sursatımızdır, şərəfsizlərin gülləsi ilə deyil, Hava Qüvvələrimizin bombaları ilə şəhid olaq. Vurun bizi!” mesajı göndərib.

Bu çağırışdan sonra riskə girən F-16 qırıcıları türk əsgərlərinin 100 metr yaxınlığında olan 500 nəfərlik terrorçu qrupuna hücum edib. Lazerlərlə hədəfə alınan düşmən əsgərlər qüsursuz şəkildə zərərsizləşdirilib. Türk əsgərləri isə heç bir zərər görmədən mühasirədən qurtulub.
Zümrüdшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net