Ana səhifə

Tramp ömürlük prezident olmaq istəyir – baş tutacaqmı...

    Tarix: 06-03-2018 08:49   
 

ABŞ siyasi sistemi buna imkan verərmi...
ABŞ prezidenti Donald Tramp Çin hakimiyyətinin dövlət başçısı postunda olmaları müddəti üçün məhdudiyyətləri götürmək təşəbbüsünə heyran qalıb. Bu barədə “CNN” bildirib. O, həmçinin həmin sistemin özünü Amerika siyasi sistemində tətbiq etmək təklifini irəli sürüb.
“O (Si Çzinpin Çin Xalq Respublikasının lideri-red) ömürlük, daimi prezidentdir. O, çox gözəldir. Baxın, bunu etməyi bacardı və hesab edirəm ki, bu, əladır. Ola bilər, bizim də həmin sistemi bir dəfə tətbiq etməyə çalışmağa dəyir”, - deyə telekanal Trampın sözünü sitat gətirib.
Daha əvvəl Çin Kommunist Partiyası konstitusiyaya düzəlişlər etməyi və dövlət başçısının səlahiyyət müddətini dəyişdirməyi təklif edib.
Donald Trampın belə bir açıqlama verməsi ABŞ-da və dünya mediasında böyük əks-səda yaradıb. Artıq hər kəs “ABŞ-da belə bir halın reallaşması mümkündürmü? Amerika siyasi sistemi buna imkan verərmi?” suallarına cavab axtarışındadır.
Bir sıra siyasətçilər və siyasi ekspertlər Donald Trampın belə bir fikri hətta dilə gətirməsinin ABŞ üçün böyük yanlışlıq olduğunu bəyan ediblər. Bu cür düşünənlər hesab edir ki, dünyada özünü demokratiyanın qarantı elan etmiş bir dövlətin başçısının ömürlük rəhbər məsələsini təqdir eləməsi ABŞ-ın dünyada nüfuzuna xələl gətirir.

Politoloq Elşən Mustafayev isə “Yeni Müsavat”a şərhində bildirdi ki, ABŞ yarandığı gündən konstitusiyasında ən az dəyişikliklər etmiş dövlətdir. Eyni zamanda bu dövlət dünyanın heç bir ölkəsində olmayan mürəkkəb seçki sisteminə malikdir. Bütün bunlarla bərabər Amerika oturuşmuş siyasi sistemlə idarə olunur: “Fərdlərin istəkləri ilə bu sistemdə nələrinsə kardinal dəyişməsi təcrübəsinə hələ ki rast gəlməmişəm. Tramp hakimiyyətə gəlməzdən öncə də çox vədlər vermişdi və bir çox fərdi istəklərini dilə gətirmişdi. Lakin ABŞ siyasi sistemi ona bu istəklərin əksəriyyətinin həyata keçirilməsinə imkan vermədi və verməyəcək. Tramp ürəyindən keçən və ya arzuladığı hər hansı fikri səsləndirə bilər. Amma bunun həyata keçməsi indiki halda  ABŞ üçün mümkünsüzdür. Mövcud siyasi sistemə yanaşmada mühafizəkar olan cəmiyyət və bu cəmiyyəti idarə edən güclər də buna imkan verməzlər. Tramp prezidentlik müddətinin uzadılması və ya ömürlük edilməsi məsələsini hətta rəsmi şəkildə gündəmə gətirsə belə, ABŞ-ın siyasi institutları belə bir təklifi müzakirəyə çıxartmazlar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net