Ana səhifə

“Onlar bütün dünyanı məhv edəcəklər” – Bəşəriyyət üçün DƏHŞƏTLİ PROQNOZ

    Tarix: 05-03-2018 22:45   

 

“ABŞ-ın və Rusiyanın münasibətləri “soyuq müharibə” dövrünün səviyyəsinə çatıb”.
Publika.az xəbər verir ki, bu haqda “Obozrevatel” nəşrinə Razumkov Mərkəzinin xarici siyasət və beynəlxalq təhlükəsizlik proqramlarının direktoru Aleksey Melnik bildirib.
Onun sözlərinə görə, bir çox ekspertlər vəziyyəti Karib böhranının baş verdiyi 1962-ci ildən daha təhlükəli hesab edirlər.
“Bu faktdır ki, artıq “soyuq müharibə”nin səviyyəsi var. Bir çox ekspertlər vəziyyəti Karib böhranı ilə müqayisədə daha təhlükəli qiymətləndirirlər. Həmin vaxt SSRİ-ə və ABŞ-a anladılar ki, onlar yalnız bir-birini deyil, həm də bütün dünyanı məhv edəcəklər. Nəticədə, onlar razılaşmağa başladılar”, – ekspert deyib.
Onun sözlərinə görə, Suriyadakı hadisələr növbəti böhran üçün əsas ola bilər, amma Amerika və Rusiya arasında toqquşmaları dünyanın hər hansı nöqtəsində gözləmək olar:
"Suriya o regionlardan biridir ki, Amerika və Rusiya arasında təsadüfi və planlaşdırılmamış toqquşmanın çox yüksək təhlükəsi var. Amma bu, gəmilərin və təyyarələrin təhlükəli şəkildə bir-birinə yaxınlaşdığı tək yer deyil. Dünyanın hər hansı nöqtəsində bir-iki insanın səhvi ciddi hadisələrə gətirin çıxara bilər”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net