Ana səhifə

“Azercell” satıldı; Alqı-satqıda müəmmalar var; Şirkətin yeni sahibi kimdir?

    Tarix: 05-03-2018 20:52   


İsveçin “Telia” şirkəti “Azercell Telecom”dakı payını satıb.

“Reuters” agentliyi xəbər verir ki, söhbət Şirkətin mobil rabitə operatorunda 51,3%-lik paydan gedir.

Həmin pay 222 mln. avroya (273,5 mln. ABŞ dollarına) Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə satılıb.

Bununla da telekommunikasiya nəhəngi “Telia” Azərbaycan bazarını tərk edib.

Məsələyə iqtisadçı ekspertlərdən Hafiz Babalı feysbukda maraqlı münasibət bildirib. Ekspert bu alqı-satqının çoxlu suallar doğurduğunu yazır:

Azercell-də dövlətin payının 2008-ci ildəki müəmmalı satışı (pul əvəzinə özəlləşdirmə payları) və 10 ildən sonra payın yenidən dövlət tərəfindən alınması çoxlu suallar yaradır. 786,6 milyon manat bölüşdürülməmiş mənfəəti olan şirkətin 51 faizinin AzInTelecom MMC tərəfindən 221,6 milyon avroya alınması da qəribədir. Ən azı ona görə ki, AzInTelecomun bu qədər vəsaiti olmayıb. Maliyyə hesabatına görə, 2017-ci ilin əvvəlinə onun cəmi 45 milyon manat (təxminən 22,5 milyon avro) mənfəəti vardı”.

H.Babalı hesab edir ki, hazırda Azercell-in bazar dəyəri azı 1 milyard avrodur və indi onun 51,3%-ni satın alan dövlət ən qısa zamanda bu hissəni sataraq sosial layihələrə xərcləyə bilər. Ekspert təklif edir ki, indi dövlətin aldığı pay açıq hərrac yolu ilə 10 faizlik hissələrlə satılsın və əldə olunacaq vəsait xüsusi hesaba keçirilməklə təhsil layihələrinin maliyyələşdirilməsinə sərf olunsun.

“AzInTelecom” MMC rəsmən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bağlı şirkət olsa da, bəzi mənbələr onun hakim ailəyə məxsus olduğunu bildirir.

/azadliq.info
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net