Ana səhifə

Parlamentdə yeni təklif - “Qaradağa Heydər Əliyevin adı verilsin”

    Tarix: 13-02-2018 20:05   
Parlamentdə yeni  təklif - “Qaradağa Heydər Əliyevin adı verilsin”


11 saylı Qaradağ seçki dairəsindən deputat edilmiş Aydın Hüseynov fevralın 13-də Milli Məclisdə bir təklif verib. Həm də YAP-ın Qaradağ təşkilatının sədri olan deputat deyib ki, Qaradağ rayonuna Heydər Əliyevin adı verilsə yaxşı olar. Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsinin müzakirəsi gedən vaxtda bu YAP-çı deputatın ağlına belə bir təşəbbüs gəlib. Qaradağın adını dəyişib Heydər Əliyev qoysalar, bunun Ələtdə azad iqtisadi zona yaratmağa necə və hansı formada müsbət təsiri olacaq, bu barədə deputatın nəsə deyib-demədiyi bəlli deyil. Yayılan məlumatlarda yalnız belə qeyd olunur ki, A.Hüseynov təklifini H.Əliyevin 95 illiyi ilə əlaqələndirib. Bir də onu deyib ki, Qaradağın sosial-iqtisadi inkişafında H.Əliyevin xüsusi rolu olub. Vəssalam.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net