Ana səhifə

Daha bir supergüc Suriyaya girir - Yaxın Şərq yenidən ALOVLANIR

    Tarix: 12-02-2018 15:00   
Daha bir supergüc Suriyaya girir - Yaxın Şərq yenidən ALOVLANIR

ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv şəkildə rol oynamaq istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Çinin Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində böyük rol oynayacağını bildirib.

Çinli diplomat “Suriyanın inkişafı və yenidən inşası üçün hərəkətə keçməyin zamanı məncə artıq gəldi. Çin bu prosesdə Suriya xalqı və hökumətinə daha çox yardım edərək rolunu artıracaq”,- deyə bildirib.



Çinin “Global Times” nəşri 2017-ci ilin aprel ayından indiyə kimi bu ölkənin 30-a yaxın iş adamının Suriyaya gedərək, investisiya potensialını araşdırdığını yazıb.

Lakin Çinin Suriyada aktiv hərəkət etməsi ABŞ-ın maraqlarına ziddir. Bu baxımdan, Yaxın Şərqdə ABŞ-Çin qarşıdurmasının başlayacağı və bölgənin daha şiddətli formada yenidən alovlanması gözləniləndir.

Asif

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net