Ana səhifə

Avakovun “Lotu Quli” qorxusu: nazir xüsusi əmr verdi

    Tarix: 11-02-2018 21:03   
Avakovun “Lotu Quli” qorxusu: nazir xüsusi əmr verdi
Ukrayna Milli polisi öz hərəkətləri ilə ölkədəki kriminogen vəziyyətə təsir göstərən əcnəbiləri hədəf alan operativ-profilaktika əməliyyatına başlayıb. Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna Milli polisinin rəhbərinin müavini Vyaçeslav Abroskin bildirib. Əməliyyat “Miqrant” kod adı ilə keçiriləcək.

Avakovun “Lotu Quli” qorxusu: nazir xüsusi əmr verdi

Əməliyyat barədə əmri daxili işlər naziri Arsen Avakov imzalayıb. Abroskin qeyd edib ki, məqsəd Ukrayna ərazisində qanunazidd əməllər törədilməsini təşkil edən şəxslərin müəyyən edilib ölkədən xaric olunmasıdır. Belələri hətta cinayət törətməsələr də Ukraynadan xaric olunacaqlar.

“Bunlar mütəşəkkil qruplaşmaların liderləri, “vor zakon”lardır. Belələri ciddi nəzarət altında olmalıdır. Ölkə ərazisinə daxil olandan etibarən onların hərəkəti izlənilməlidir. Əməliyyatçılar belələrinin barəsində hələ cinayətə hazırlıq mərhələsində xəbər tutmalı və onları yaxalamalıdır”-Abroskin deyib.



Ukrayna hüquq-mühafizə orqanlarının və Avakovun özünün bundan əvvəlki bəyanatları nəzərə alınarsa həmin əməliyyatın əsas hədəfinin “Lotu Quli” olduğu təxmin edilir. Son vaxtlar yayılan xəbərlərə görə onun adamları Ukraynaya yollanıblar və Arsen Avakovun qoruya bilmədiyi azərbaycanlı biznesmenlərə “krışa” təklif edirlər.

Virtualaz.orgшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net