Ana səhifə

Məktəbdə əxlaqsızlıq edənin babası ermənidən 40 kənd alıbmış - VİDEO

    Tarix: 11-02-2018 20:53   
Məktəbdə əxlaqsızlıq edənin babası ermənidən 40 kənd alıbmış - VİDEO

Məktəbdə əxlaqsızlıq edənin babası ermənidən 40 kənd alıbmış - VİDEOXəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdi 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Haqqın.az saytı 7-ci sinif şagirdinə qarşı seksual zorakılıq törədən 11-ci sinif şagirdinin sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğunu bildiribAncaq Dadaş Rzayevin xanımı Ayişə Rzayeva bunu təkzib edib: ” Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil.”
"AzPolitika.info” dəqiqləşdirib ki, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli hərəkət edən 11-ci sinif şagirdi sabiq müdafiə nazirinin deyil, müdafiə nazirini sabiq müavinin nəvəsidir. Daha dəqiqi, Dadaş Rzayevin deyil, müdafiə nazirinin sabiq müavini, mərhum general-mayor Zaur Rzayevin nəvəsidir.


Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net