Ana səhifə

DTX və DİN birgə əməliyyat keçirdi

    Tarix: 10-02-2018 12:31   
DTX və DİN birgə əməliyyat keçirdi

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Qaynarinfo xəbər verir ki, DİN-in mətbuat xidmətindən "Report”a verilən məlumata görə, fevralın 9-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.

Belə ki, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança, 2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan "İJ-54” markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, ötən gün Bakı şəhər sakini Rüstəm Məmmədov "Makarov” markalı tapançanı və 13 ədəd patronu Xəzər Rayon Polis İdarəsinə (RPİ), Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan "İJ-12” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil veriblər.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net