Ana səhifə

Gözəl dərinin sirri... – Kosmetoloqdan qızıl mәslәhәtlәr

    Tarix: 20-01-2018 11:16   
Gözəl dərinin sirri... – Kosmetoloqdan qızıl mәslәhәtlәr

Bir çoxları, xüsusilə xanımlar müəyyən yaşdan sonra üz və dərilərindəki problemlərdən narahatlıq keçirirlər.

Teleqraf.com həkim-kosmetoloq Xariqə Quliyeva ilə müsahibəni təqdim edir.

- Xariqə xanım, sizə ən çox hansı problemlərə və prosedurlara görə müraciətlər olur?

- Müraciətlər adətən fəsilə görə dəyişir. Məsələn, qış fəslində daha çox pilinq prosedurlarına üz tuturlarsa, yaz aylarında dolğu problemləri ilə müraciətlər edirlər.

- Qadınların böyük əksəriyyəti silikon dodağa, botoksa maraq göstərirlər. Bəs bunlar gələcəkdə dəri üçün hansısa problem yarada bilərmi?

- Botoks, dolğu proseduraları düzgün şəkildə və ehtiyac olduqda tətbiq edilsə, heç bir problem olmaz. Botoks özü bir terapiyadır. Əgər müraciət edən şəxsin həqiqətən də göz ətrafında, alnının iki qaşarası nahiyəsində qırışlar var və yaş məhdudiyyəti icazə verirsə, botoksun heç bir təhlükəsi yoxdur.

Qadınlar dolğu seçərkən yaxşı olardı ki, tərkibində aktiv komponent olan qialeron asiddən istifadə etsinlər. O, dərinin orta qatına düzgün şəkildə yeridilsə, heç bir təhlükə törətməz. Bu komponent təbii olduğu üçün zamanla dəridən sovrulur. Botoksla dolğunu qarışıq salmaq olmaz. Botoks ancaq qırışlara tətbiq olunur. Botoksun dodaqda və ağız ətrafında istifadəsi düzgün deyil.

Süni dolğulardan istifadə isə yolverilməzdir. İndi çoxlarının istifadə etdiyi biopolimer daha təhlükəlidir. Sintetik komponent olan biopolimer dəridə yad cisim kimi qalır və sovrulmur. Zamanla isə mənşəyi bilinməyən problemlərlə üzləşirik.

Botoksu 6 aydan bir, dolğunu isə nahiyəyə görə dodağa 9-12 aydan bir, yanağa 1-2 ildən bir edilməsi tövsiyə olunur. Qiyməti 200-350 manat arası dəyişir.

- Xanımları və kişiləri narahat edən məsələlərdən biri də gənc yaşda üzə qırış çıxmasıdır. Qırışların əsas səbəbləri nədir, onları təbii yolla necə aradan qaldırmaq, yaxud qarşısını almaq olar?

- Kişi və qadınların üzündə qırışların yaranmasına səbəb dəridə sərbəst radikalların olması, dəriyə səhv qulluq prosesidir. Əgər bəlli bir yaşdan sonra nəmləndirici kremlərdən istifadə edərlərsə, dəridə qırışların sayı nisbətən azalır. Son vaxtlar dəbdə olan arıqlama prosedurları, diyetalar dəridə kollogen elastin bağının vaxtından əvvəl azalmasına gətirib çıxarır. Bununla da dəridə sallanmalar əmələ gəlir, ağız ətrafına qırışlar çıxır.

Ev şəraitində edilən maskalar, deməzdim ki, qırışları tamamilə yox edir, sadəcə müvəqqəti olaraq bunun qarşısını alır. Həmin maskalar da dəri tiplərinə görə dəyişir.

Yağlı dərisi olan xanımlar yaxşı olardı ki, yumurta ağ ilə hazırlanan maskalardan istifadə etsinlər.

Başqa bir maska fəsilə görə tətbiq edilir. Əgər ərik, şaftalı vaxtıdırsa, onlardan istifadə olunur. Hazırkı dönəmdə isə tünd qırmızı almanı götürüb, iki yerə bölürük. Ərik, şaftalı vaxtı da həmin meyvələrdən istifadə edirik. Bölünmüş meyvəni yarım saat 40 dəqiqə saxladıqdan sonra iki kofe fincanı suyu blenderdən keçiririlmiş meyvənin əziyinə qatırıq. Bu məhlulu həftədə 1 dəfə üzə vurmaqla 30 dəqiqə saxlayıb, iliq su ilə yuyuruq. Bu maska dəridə botoks effekti verir. Dəridə qırışların azalmasında gözlə görüləcək fərq yaranır.

- Qış fəslidir deyə dərinin qulluğa daha çox ehtiyacı var. Bəs hər fəsilə uyğun qulluq necə edilməlidir?

- Qış vaxtı dərimizi daha çox xarici faktorlardan qorumalıyıq. Xarici faktorlar deyəndə külək, yağış, soyuq, şaxta və günəş nəzərdə tutulur. Bu faktorlar da dərimizdə problemlər yaradır və onu vitaminsizləşdirir.

Problemləri aradan qaldırmaq üçün mütləq evdən çıxmazdan ən az yarım saat əvvəl nəmləndirici kremlərdən istifadə etmək lazımdır.

- Mağazalarda kifayət qədər nəmləndirici krem çeşidləri var. İnanıb onlardan istifadə etmək olarmı? Dəri növlərinə görə hansı özəlliyə diqqət etmək gərəkdir?

- Bəzi xanımlar deyirlər ki, dərim yağlıdır, mən nəmləndiricidən istifadə etmirəm. İnsan susayanda yağ içə bilər? Yox. Mütləq su içməlidir... Yağlı dərilərə də qidalandırıcı yox, nəmləndirici krem yarayır.

Nəmləndirici kremlərin markalarına gəldikdə, mən özüm 15 ildir “Thalqo” firmasının kremlərindən istifadə edirəm. Xanımlara və bəylərə də bu firmanın məhsullarını tövsiyə edirəm. Ümumilikdə, hər xanım öz büdcəsinə uyğun markanın nəmləndirici kremini alıb istifadə edə bilər.

- Hansı yaşdan başlayaraq dəriyə qulluq göstərmək, kosmetoloq-həkimə müraciət etmək lazımdır?

- Mən həmişə deyirəm ki, peşəkar kosmetoloqa hansı yaşda müraciət edirsənsə, elə o yaşda da qalacaqsan. Əgər dəridə həqiqətən problem varsa və kosmetoloji prosedurlara ehtiyac yaranıbsa, həmin prosedurlar problemləri aradan qaldırır. Yəni onun daha geniş yayılmasını önləyir.

- Mezoterapiya proseduru nə üçündür?

- Mezoterapiya – dəri üçün lazım olan inqridentlərin mikroskopik dozada inyeksiya üsulu ilə dərinin dermal qatına ötürülməsi deməkdir. Bu prosedurdan sonra dəridə liftinq, piqment ləkələrində, ağız və göz ətrafı qırışlarda azalma, dəri relyefində hamarlıq müşahidə olunur.

- Kosmetik vasitələri üzdən təmizləmək üçün sabundan istifadə etmək olarmı? Qadınlar və kişilər yağlı dəridə hansı quru dəridə hansı vasitələrdən istifadə edə bilər?

- Dərinin sabunla yuyulmasının tamamilə əleyhinəyəm. Bu, həm yağlı, həm də quru dərilərə aiddir. Dərini təmizləmək üçün xüsusi olaraq hazırlanmış mayelər var. Həmin mayelərin köməyi ilə dəridə olan həm makiyaj, həm də yağ və çirk tamamilə təmizlənir.

- Gözəl dərinin sirri var?.. Bölüşə bilərsizmi?

- Hər zaman vurğulayıram, çirkin qadın yoxdur, baxımsız xanım var. Bir xanım gündəlik tələbatlarını ödəyə bilirsə, dərisinə də diqqət ayıra bilər. Bunu həm professional, həm də qeyri-professional şəkildə edə bilər.
Gözəl dərinin sirri... – Kosmetoloqdan qızıl mәslәhәtlәr
Gözəl dərinin sirri... – Kosmetoloqdan qızıl mәslәhәtlәr
Gözəl dərinin sirri... – Kosmetoloqdan qızıl mәslәhәtlәr
Müəllif: Şəfiqə Nazimqızıшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net