Ana səhifə

''Qoca''nın həbsxanadakı ''xlebnik''i ordu zabiti olub

    Tarix: 18-01-2018 14:40   
''Qoca''nın həbsxanadakı ''xlebnik''i ordu zabiti olub

Bir müddət əvvəl həbsdən qaçandan sonra polis tərəfindən güllələnən ''Qoca'' ləqəbli kriminal avtoritet Etibar Məmmədovla maraqlı fakt üzə çıxıb. Criminal.az saytına daxil olan məlumata görə, ''Qoca''nın Kürdəxanı həbsxanasında ''xlebnik''i zabit olub.
Həmin şəxs Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının kəşfiyyatçısı, baş leytenant Rüstəm Cəfərovdur. R.Cəfərov saxta əskinazların hazırlanmasına görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həbs edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində, Müşfiqabad qəsəbə sakinləri İlham Hüseynov, Elnur Rəsulov, Rüstəm Cəfərov 25 ədəd 100, 17 ədəd 50, 21 ədəd 20, 8 ədəd 10 və 10 ədəd 5 manatlıq saxta əsginazları (3900) 1150 manata satarkən tutulublar. R.Cəfərovun evinə baxış zamanı 1 ədəd rəngli printer, 1 ədəd noutbuk, 1 ədəd kağızkəsən alət, müxtəlif nominallarda olan natamam əskinazlar və rənglər aşkar edilərək götürülüb.
Rüstəmlə ''Qoca''nın tanışlığı Bakı İstintaq Təcridxanasında olub. Onlar bir kamerada ''xlebnik'' olublar. Həmin vaxt ''Qoca'' Cinayət Məcəlləsinin 234.1-ci (narkotik maddənin saxlanılması) maddəsi ilə tutulmuşdu. İki il cəza çəkdikdən sonra azadlığa çıxmışdı.
R.Cəfərov isə 7 il azadlıqdan məhrum edilib və hazırda cəzaçəkmə müəssisəsindədir.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçan "Qoca"nın saxlanılması zamanı atışma baş verib, o, öldürülüb.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net