Ana səhifə

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə qarşı “qarayaxma”

    Tarix: 16-01-2018 09:15   

 Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə qarşı “qarayaxma”

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə qarşı “qarayaxma”Bəzi internet saytlarında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.


Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi regiona ayrıldığı vaxtdan hər üç rayonda, o cümlədən Qazax, Tovuz və Ağstafa rayonlarında mədəniyyət sahəsində gedən inkişafı görməyənlər, nədənsə öz şəxsi marağını güdərək yenə də “qarayaxma” təbliğatına önəm verib cəfəngiyat yazmaqla, tanınmayan saytlara müsahibə verməklə məşğuldurlar. Təbii ki, həmin saytların başbilənləri, qarşı tərəfin fikrini qəbul etmədən “boşboğazların” yazılarını dərc edənlər də, hüquqi müstəvidə cavab verməli olacaqlar. Məsələ burasıdır ki, hər bur şikayətçinin adı və familiyası aydın surətdə göstərilməlidir. Qanunvericiliyə görə bu həqiqi mənada şikayət sayılır. Lakin kiminsə “dediyinə görə” ifadəsi üçün birbaşa “demaqoq” adlandırdığımız” və ya faktların səhv olduğunu düşünən adam deyil, sayt rəhbəri məsuliyyət daşıyır. Onu da bildiririk ki, həmin tanınmayan, gündə 5-10 oxucusu olan saytlar 1-ci distansiya olaraq Azərbaycan Mətbuat Şurasında cavab verəcəklər.
Çoxlarının haqsız olaraq qınadığı, bəyənmədiyi MŞ-nin sədri cənab Əflatun Amaşov haqlı olaraq həmin saytlara və onların fakt əsasında deyil, KİV-dən və onun qanunlarından xəbəri olmayan “cızmaqaraçılarına” qarşı apardığı dəyərli mübarizə, doğurdan da təqdirəlayiqdir.

Əsl jurnalist, əsl qələm sahibi, təbii ki, qarşı tərəfi dinləməyə, yekdil nəticəyə gələməyə məcburdur. Lakin təcrübəsiz yazarlar deyilənlərə məhəl qoymadan şəxsi mənafelərini güdərək “boşboğazların” iftira və yalanlarına inanırlar.

Buduir, Ağstafa Regional Mədəniyyət və Tuirizm İdarəsinin rəisi Ramiz Quliyev işə başladığı gündən tabeçiliyində olan çoxsaylı işçilərdən bir dənə də olsun yuxarı və yerli orqanlara şikayət getmədiyi halda oxunmayan bir sayta kiminsə imzasız müraciət etməsi yalnız gülünc və təəssüf doğurur.

“O dedi, bu dedi, deyilənə görə, adının çəkilməsini istəməyən” və sairə kimi üzdəniraq sözləri dərc edən “boşboğazların” artıq gələcəyinə son qoyulub. Sirr deyil ki, hərə bir sayt açıb, hərə də ağızına gələni yazır. Bu “boşboğaz” yazarların da qeyri-rəsmi yazılarına bir kimsə baxan da deyil. Çünki o qədər rəsmiyyətsiz, fakta söykənməyən yazılar yazılıb ki, artıq onları duyan hörmətli yuxarı orqanlar cəfəngiyat yazılara da baxan deyilləır. Bəli, bu gün Azərbaycan jurnalistikasını hörmətdən salanalara qarşı peşəkar jurnalistlər də öz sözlərini deməli, qəti surətdə mübarizə aparmalıdıralar.

Bəli, kimin Ağstafa Mədəniyyət və Turizm İdarəsi və onun müdiri Ramiz Quliyevdən nəsə eşitmisə, şübhəsi varsa, tam qanuni şəkildə sorğu göndərib, məlumatlana bilər. Həqiqət isə “boşboğaz” danışanların və saytların deyil, Ağstafa Mədəniyyət və Turizm İdarəsinin gördüyü yüksək səviyyəli işlərdədir.

Bir daha bildiririk ki, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və idarənin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.Saytlara dərc olunmaq ücün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.

P. S. Ağstafa Mədəniyyət və Turizm İdarəsi haqqında bəzi saytlarda imzasız getmiş cəfəngiyat yazı materialı araşdırılıb tədbir görülməsi üçün Azərbaycan Mətbuat Şurasına göndərilir. Nəticəsi barədə oxucular məlumatlandırılacaqdır.

İlham Hacalıшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net